“AzInTelecom” Ağdamda ağacəkmə aksiyası keçirib FOTO VİDEO
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“AzInTelecom” MMC Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndində ağacəkmə aksiyası keçirib.
Vətən Müharibəsində qazanılmış Qələbənin 5-ci ildönümünə həsr edilmiş aksiyada “AzInTelecom” MMC-nin rəhbərliyi, əməkdaşları, o cümlədən hazırda şirkətdə çalışan Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.
Əvvəlcə əkin üçün təyin olunmuş ərazidə şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra aksiyaya start verilib. Aksiya çərçivəsində Ağdamın işğaldan azad edilmiş ərazisində ümumilikdə 500-dən çox şam ağacı əkilib. Daha sonra ilkin suvarma işi aparılıb, ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın təşkil edilməsində məqsəd işğaldan azad edilmiş ərazilərimizdə yaşıllıq zolaqlarını artırmaq, ekoloji tarazlığı bərpa etmək və ekomədəniyyətin formalaşması prosesinə töhfə vermək olub.
Aksiya Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və “Qayıdış könüllüləri”nin dəstəyi ilə həyata keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















