“AzİnTeleCom” bu lisenziyaları ala bilmədi
Tribuna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Azerbaijan İnternational Telekom” MMC (AzİnTeleCom) daha bir tenderin ləğv edildiyini açıqlayıb.
Tribunainfo.az xəbər verir ki, söhbət Təhlükəsizlik Məlumat və Hadisə İdarəetmə (SIEM) təhlükəsizlik lisenziyalarının yenilənməsindən gedir.
Məlumatda qeyd edilir ki, dəyəri 150 min manat olan bu tenderin ləğvinə səbəb qanunun bəzi tələblərinin pozulmasıdır. Belə ki, AzİnTeleCom-un satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Qeyd edək ki, son zamanlar bu qurumun ləğv edilən tenderlərin sayı xeyli artıb. Bunun başlıca səbəbi kimi, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinin pozulması göstərilsə də, bir başqa səbəb kimi, qurumun tender xərclərinin çox baha olması da ayrıca vurğulanır.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 07 May 2025 11:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















