“AzInTelecom və Azercell”in çağrı mərkəzləri birləşdirilib
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tabeliyində olan “AzInTelecom" MMC-nin "Çağrı Mərkəzi" və "Azercell" MMC-nin "Çağrı Mərkəzi" birləşdirilib.
Bu barədə “APA-Economics”in əldə etdiyi məlumat "AzInTelecom"dan təsdiqlənib.
Şirkətdən sorğumuza cavab olaraq bildirilib ki, müştəri təcrübəsinin və əməliyyat səmərəliliyinin artırılması fəaliyyətimizin prioritet istiqamətlərindəndir:
“Bu çərçivədə çağrı mərkəzi əməliyyatlarının dəyərləndirilməsi və effektivliyinin artırılması məqsədəuyğun hesab olunur.
Bu yanaşma vahid xidmət standartlarının tətbiqinə, ümumi təcrübənin paylaşılmasına, eləcə də müştərilərə daha çevik, ardıcıl və keyfiyyətli xidmət göstərilməsinə şərait yaradır.
Qeyd edək ki, AZCON Holding-ə daxil olan şirkətlərin müasir korporativ idarəetmə prinsiplərinə uyğun fəaliyyət göstərməsi, onların rəqabət qabiliyyətinin və maliyyə dayanıqlılığının artırılması əsas məqsədlər sırasındadır. Bu baxımdan Holdinq daxilində formalaşmış qabaqcıl təcrübənin daha geniş miqyasda tətbiqi nəzərdə tutulur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 07 May 2026 11:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















