Icma.az
close
up
RU
Azıx mağarası ilə bağlı ingilis dilində nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib

Azıx mağarası ilə bağlı ingilis dilində nəşr edilmiş kitabın təqdimat mərasimi keçirilib

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

AMEA-nın Əsas binasında ingilis dilində nəşr edilmiş "Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni" kitabının təqdimat mərasimi keçirilib.

525.az xəbər verir ki, kitab Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.

Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın elmi-siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, 415 səhifədən, 10 fəsildən ibarət olan bu monoqrafiya 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü, o cümlədən Azıxda suverenliyini bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu nəzərə alan Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib.

Akademik İsa Həbibbəyli unikal nəşrin ilk təqdimatının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirildiyini xatırladıb, bu addımı Azərbaycan elminin beynəlxalq aləmdə təbliği baxımından yüksək qiymətləndirib. O, "Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni" kitabının Londonda dünyamiqyaslı tədbir çərçivəsində təqdim olunmasının professor Əsədulla Cəfərovun əməyinə dərin hörmətin, eləcə də dünyasını dəyişmiş alimlərin xatirəsinə böyük ehtiramın ifadəsi olduğunu vurğulayıb.

AMEA rəhbəri Azıx mağarasının təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, 1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri, görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Qarabağ ərazisində aparılan tədqiqatlar nəticəsində bu mağaranın kəşf edildiyini bildirib.

Professor Əsədulla Cəfərovun şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər salan akademik İsa Həbibbəyli onun "Qarabağın paleolit düşərgələri" adlı kitabını xüsusi qeyd edib. Bildirib ki, Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunan bu nəşr bugünkü və gələcək nəsillər üçün dəyərli mənbədir. Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni "tədqiqatçıların" fikirlərinin elmi əsasının olmadığı faktlarla təsdiq olunub.

AMEA rəhbərinin sözlərinə görə, Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də Azıx mağarasıdır. Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Ölkə Prezidentinin tapşırığı ilə toplanmış materiallar əsasında Azərbaycan Baş Prokurorluğu tərəfindən bu istiqamətdə cinayət işi başlanılıb, Azıxın qədimliyinin Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq qurumlara müraciətlər olunub.

Qarabağın bütün əraziləri kimi, Azıxın da işğaldan azad olunduğunu söyləyən akademik İsa Həbibbəyli hazırda həmin tarixi abidələrdə Yaponiya, Danimarka və digər ölkə alimlərinin birgə iştirakı ilə geniş tədqiqatların aparıldığını bildirib. O, tarixi sərvətimiz olan Azıx mağarası ilə bağlı yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib, tədqiqatçılara bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə edib. Alim, həmçinin Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu bildirib. Akademik İsa Həbibbəyli sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb.

Çıxışlarda ömrünü elmə həsr etmiş professor Əsədulla Cəfərovun arxeoloji tədqiqatlarından bəhs olunub. Vurğulanıb ki, alim Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see426

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see208

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see200

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see166

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see162

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see161

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see155

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see153

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see153

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see147

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see144

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see143

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see139

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see132

Maduronun xanımı özünün tam günahsız olduğunu bildirib

05 Yanvar 2026 22:29see128

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri