Aziz Yıldırım 8 ildən sonra “Fənərbaxça”ya qayıtdı
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin “Fənərbaxça” klubunda növbədənkənar prezident seçkiləri baş tutub.
“Qafqazinfo” xəbər verir ki, bu gün İstanbul təmsilçisinin yeni rəhbərinin adına aydınlıq gəlib.
Gərgin keçən seçkidə klubun sabiq rəhbəri Aziz Yıldırım ilə digər namizəd Hakan Safi mübarizə aparıb.
Səsvermənin yekununda A. Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən “Fənərbaxça”nın prezidenti seçilib. Klub üzvlərinin etimadını qazanan A. Yıldırım ən azı növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.
Xatırladaq ki, A. Yıldırım daha əvvəl 1998-2018-ci illərdə (20 il) “Fənərbaxça”nın prezidenti vəzifəsini icra edib. O, 2018 və 2024-cü illərdə keçirilən seçkilərdə Ali Koça məğlub olaraq postundan uzaqlaşmışdı. 8 illik fasilədən sonra o, yenidən doğma klubunun rəhbərliyinə qayıdıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 07 İyun 2026 23:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















