Aziz Yıldırımın həmin sözləri yenidən gündəm oldu Video
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış iş adamlarından Sadettin Saran 2018-ci ildən etibarən kluba rəhbərlik edən Ali Koçu seçkilərdə məğlub edib və “Fənərbağça”nın növbəti prezidenti olub.
Yeniavaz.com xəbər verir ki, səsvermədən sonra sosial şəbəkələrdə Aziz Yıldırımın 2018-ci ildə baş tutan seçkilərdə azarkeşlərə dediyi söz paylaşılıb.
Həmin vaxt A. Yıldırım onun əleyhində şüarlar səsləndirən azarkeşlərə müraciəti zamanı gələcəkdə arzuolunmaz nəticələr barədə xəbərdarlıq etmişdi.
“Bu kluba görə həbs olundum. Özünüzə gəlin. Mən bu kluba 20 il xidmət etdim və uşağımın alimentini də oraya ödədim. Gələcəkdə peşman olaraq buradan gedərsiniz. Gəlin bir-birimizə hörmətlə yanaşaq!”
Qeyd edək ki, A. Koçun prezidentlik dövrü azarkeşlərin əksəriyyəti tərəfindən uğursuz kimi qiymətləndirilir. Belə ki, onun 7 illik prezidentliyi dövründə idman klubunun futbol komandası Superliqada çempion ola bilməyib. “Sarı-lacivərtlilər” bu dövrdə bir dəfə Türkiyə kubokunu qazanıb ki, bu, Ali Koçun rəhbərliyi zamanı futbol komandasının əldə etdiyi yeganə uğur hesab olunur.
Sosial şəbəkələrdə A. Yıldırımın görüntülərini paylaşan “Fənərbağça” azarkeşləri onun haqlı çıxdığını bildirirlər.
Bu mövzuda digər xəbərlər:Dursun Özbek gözünü Aziz Yıldırımın telefonundan çəkmədi VİDEO
18 Sentyabr 2026 13:05
Aziz Yıldırımın evində qadın meyiti tapıldı
30 İyun 2026 23:38
Fənərbağça da Aziz Yıldırımın ilk transferi
07 İyun 2026 23:35
Aziz Yıldırımın ilk hədəfi Vedat Muriqi oldu FOTO
08 İyun 2026 04:05
Ali Koç Aziz Yıldırımın istəyini qəbuı etdi
15 Dekabr 2024 23:33
Baxış sayı:146
Bu xəbər 22 Sentyabr 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















