Icma.az
close
up
RU
“Azmade Group”un rəhbəri Emruz İskəndərov 31 yaşlı fəhlənin faciəvi ölümünü necə “ört basdır” etmək istəyir?

“Azmade Group”un rəhbəri Emruz İskəndərov 31 yaşlı fəhlənin faciəvi ölümünü necə “ört basdır” etmək istəyir?

Tribuna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimi kimi “SPARK MMC” yə məxsus avto pompanın aşması nəticəsində faciə baş verib.

Əldə etdiyimiz məlumata görə yanvarın 12- si gecə saatlarında baş verən, 31 yaşlı fəhlə Abdullayev Tahir Yunsur oğlunun faciəvi ölümü ilə nəticələnən hadisəyə görə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

 Hadisənin kimin günahı ucbatından baş verməsi ciddi şəkildə təftiş edilir.

Bu hadisədə “SPARK MMC” yə məxsus avto pompanın aşması və texniki şərtlərə riayət edilməməsi səbəbindən bir sıra şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Xatırladaq ki, Bakıda “Spark” MMC-yə məxsus avto pompa texniki nasazlıq ucbatından qırılıb və hadisə nəticəsində Salyan rayonun Sarvan kəndinin 31 yaşlı sakini Abdullayev Tahir Yunsur oğlu faciəvi şəkildə həlak olub.

Ajans.az-ın əldə etdiyi məlumata görə hadisə gecə saatlarında Səbail rayonu ərazisində “Hünər Group” şirkətinə məxsus ərazidə villaların tikintisi zamanı baş verib.

Tikinti gedən ərazidə avto pompanın texniki qaydalara uyğun olmadan qurulması texniki nasazlığa səbəb olub. Nəticədə ölümlə nəticələnən faciəvi hadisə baş verib.

Etibarlı mənbənin məlumatına görə ölümlə nəticələnən hadisənin baş verməsinin əsas səbəbi “Spark”MMC-də peşəkar mütəxəssislərin işdən uzaqlaşdırılması olub.

Məlumata görə “Spark” MMC -nin beton zavoduna yeni  təyin olunan direktor Vidadi Əliyevin öz adamlarından ibarət yaxın qohumlarını işə cəlb edərək komanda formalaşdırması təcrübəli kadrların işdən azad olunması ilə nəticələnib. Texniki şöbənin müdiri Anar Nağıyevin bu işdə məsuliyyət daşıdığı deyilir. Bu şəxsin “Spark” MMC daxil olmaqla 5 şirkəti özündə birləşdirən “Azmade Group” MMC-nin idarə heyətinin sədri Emruz İsgəndərovun yaxın adamı olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə əvvəllər satıcı işləyən “Spark” MMC-nin Texniki şöbəsinin müdiri Anar Nağıyev 1 il ərzində anbardar vəzifəsindən, qaraj müdiri vəzifəsinə gətirilib. Ən sonda isə “Spark” MMC-nin texniki şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

“Huner Group”a məxsus ərazidə villaların tikintisi zamanı “Spark”MMC-nin avto pompasının aşması nəticəsində ölümlə nəticələnən hadisənin görüntülərini təqdim edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Yanvar 2025 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri