AzMİ və AZSTAND ın nümayəndələri “Ümumdünya Keyfiyyət Həftəsi 2025” tədbirində iştirak ediblər
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) və Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təşkil olunan “Ümumdünya Keyfiyyət Həftəsi 2025” tədbirində iştirak ediblər.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, açılışını SOCAR-ın vitse-prezidenti Fuad Musayevin iştirak etdiyi tədbir çərçivəsində mövzuya dair təqdimatlar və panel müzakirəsi keçirilib.
“Fərqli düşünməklə dayanıqlı keyfiyyət mədəniyyəti qurmaq” mövzusunda təşkil olunan panel müzakirəsində Azərbaycan Metrologiya İnstitutunun baş direktoru Xamis Seyranov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktorunun müavini Kəmalə Məmmədzadə, SOCAR-ın departament rəisi Nəriman Əkbərov və SOCAR Türkiyənin Keyfiyyət idarəetməsi üzrə meneceri Ömər Özkan çıxış ediblər. AzMİ-nin baş direktoru Xamis Seyranov “Metrologiya və kalibrlənmənin neft-qaz sənayesində rolu”, AZSTAND-ın baş direktorunun müavini Kəmalə Məmmədzadə isə “Neft-qaz sənayesində beynəlxalq standartların tətbiqi və keyfiyyətin təminatında rolu” mövzusunda çıxış ediblər.
Çıxışlar zamanı neft-qaz sektorunda məhsul və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən tədbirlər, bu sahədə beynəlxalq standartların tətbiqinin əhəmiyyəti, eləcə də metrologiya və kalibrlənmənin neft-qaz sənayesində etibarlı ölçmələrin təmin olunması, istehsalat proseslərinin təhlükəsizliyi və sənaye səmərəliliyinin artırılmasındakı rolu barədə məlumat verilib. Bununla yanaşı, AzMİ və AZSTAND ilə SOCAR arasında mövcud əməkdaşlıq mexanizmləri, bu əməkdaşlığın keyfiyyət idarəetmə sistemlərinin təkmilləşdirilməsinə verdiyi töhfələr və inkişaf perspektivləri diqqətə çatdırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Noyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















