Icma.az
close
up
RU
AzMİU Böyük Britaniyada strateji tərəfdaşlığını gücləndirdi FOTOLAR

AzMİU Böyük Britaniyada strateji tərəfdaşlığını gücləndirdi FOTOLAR

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq əməkdaşlıq istiqamətində növbəti uğurlu addım ataraq, yeni bir strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub.

"Unikal" xəbər verir ki, universitetin nümayəndə heyəti, rektor professor Gülçöhrə Məmmədovanın rəhbərliyi ilə Böyük Britaniyanın paytaxtı Londona işgüzar səfər edib.

Səfərin əsas məqsədi AzMİU ilə İngiltərənin nüfuzlu Vestminster Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində görülən işlərin müzakirəsi və yeni ikili diplom proqramlarının imzalanması olub. Bu məqsədlə Vestminster Universitetinin Memarlıq və Şəhərlər məktəbinin rəhbər şəxsləri ilə bir sıra məhsuldar görüşlər keçirilib, gələcək əməkdaşlıq perspektivləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

Səfərdə AzMİU-nun Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev, Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının baş müəllimi Aliyə Əliyeva və həmin kafedranın assistenti Aygün İmanova iştirak edib.

Görüşlər nəticəsində universitetlər arasında 2 yeni ikili diplom proqramı — "Memarlıq və şəhərsalma" və "Memarlıq və ətraf mühit dizaynı" üzrə müqavilələr imzalanıb. 

Səfər çərçivəsində, həmçinin artıq uğurla icra olunan “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” magistr proqramı müzakirə edilib, gələcək əməkdaşlıq istiqamətləri müəyyən olunub.  Qeyd edək ki, 2023-cü ildə AzMİU ilə Vestminster Universiteti arasında imzalanan “Memarlıq abidələrinin bərpası və yenidən qurulması” ixtisası üzrə ikili diplom müqaviləsi, universitetin beynəlxalq əməkdaşlıq sahəsindəki müvəffəqiyyətlərini daha da artırıb. İndi AzMİU-nun ikili diplom müqavilələrinin sayı ümumilikdə 11-ə çatır. Bu da tələbələrə həm yerli, həm də beynəlxalq səviyyədə yüksək keyfiyyətli təhsil alma imkanı təqdim edir. Proqramlar, eyni zamanda AzMİU-nun beynəlxalq təhsil mühiti ilə inteqrasiyasını artıraraq, ölkəmizin ali təhsil sisteminin beynəlxalq arenada tanınmasına və möhkəmlənməsinə əhəmiyyətli dərəcədə təsir edəcəkdir.

Bu mühüm addımların AzMİU-nun beynəlxalq əməkdaşlığını daha da gücləndirəcəyi, tələbələrinə və müəllim heyətinə geniş perspektivlər açacağı, universiteti qlobal təhsil sahəsində daha da rəqabətli edəcəyi gözlənilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Mart 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri