Icma.az
close
up
RU
AzMİU da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı

AzMİU da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 23 may, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin nəzdində yaradılan “CODEX” IT Akademiyasının təqdimat mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Açılış mərasimində çıxış edən İnformasiya-kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə bildirib ki, “CODEX” IT Akademiyasının əsas məqsədi tələbələrin əmək bazarına daha hazırlıqlı və rəqabətədavamlı şəkildə çıxmasını təmin etməkdir. Onun sözlərinə görə, bu təşəbbüs universitet-sənaye əməkdaşlığının yeni mərhələsidir və “CODEX” bir sıra beynəlxalq və yerli tərəfdaşlar üçün çətir platforma rolunu oynayır.

Sərxan Talıbzadə qeyd edib ki, akademiya hazırda dörd nüfuzlu şirkətlə - “Huawei”, “Holberton School Azerbaijan”, “İnnab” Peşəkar Təlim Platforması və “Prosol” kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlığa başlayıb. O bildirib ki, yaxın gələcəkdə bu tərəfdaşların sayı daha da artacaq. Kurslarda iştirak edən tələbələr 100 faizlik təqaüdlə ödənişsiz təhsil ala biləcəklər. Akademiya beynəlxalq sertifikatların sayı və təqdim etdiyi tədris imkanlarına görə hazırda Azərbaycan universitetləri arasında yeganə mərkəzdir.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “CODEX” IT Akademiyasının tələbələrin innovativ bacarıqlar qazanması və onların gələcək karyerasında mühüm rol oynayacağını vurğulayıb. O qeyd edib ki, bu təşəbbüs universitetin təhsil strategiyasının mühüm hissəsidir və tələbələrin biliklərini beynəlxalq standartlara uyğun səviyyədə formalaşdırmaq məqsədi daşıyır. Rektor layihəyə dəstək verən beynəlxalq və yerli tərəfdaş şirkətlərə təşəkkürünü bildirərək onların AzMİU tələbələrinin inkişafında oynayacağı rolu yüksək qiymətləndirib.

Təqdimatda tərəfdaş şirkətlərin nümayəndələri də çıxış ediblər.

“Huawei” şirkətinin Orta Şərq və Mərkəzi Asiya üzrə ictimaiyyətlə əlaqələr meneceri Kira Zhou qeyd edib ki, şirkət süni intellekt, bulud texnologiyaları, əşyaların interneti və kibertəhlükəsizlik istiqamətlərində ödənişsiz onlayn kurslar və beynəlxalq sertifikatlar üçün vauçerlər təqdim edir. O, tələbələr üçün yay məktəbi və digər beynəlxalq proqramlarda iştirak imkanlarını açıqlayıb, AzMİU ilə birgə əməkdaşlıqdan məmnunluğunu da ifadə edib.

“Holberton School Azerbaijan”ın direktoru Şəmsi Bayramzadə təmsil etdiyi şirkət barədə məlumat verib. O, tələbələrin IT əsasları, veb-proqramlaşdırma, kibertəhlükəsizlik və maşın təlimi kimi kurslara imtahan yolu ilə qəbul olunacağını qeyd edərək bildirib ki, dərslər həm “Holberton” ofisində, həm də AzMİU kampusunda keçiriləcək.

“İnnab” Peşəkar Təlim Platformasının direktoru Rauf Hacıyev çıxışında artıq AzMİU ilə əməkdaşlığın formalaşdığını və “Microsoft”un MOSE proqramı, data analitikası və MBA sahəsində təlimlərin uğurla həyata keçirildiyini bildirib. Eyni zamanda, beynəlxalq maliyyə analitikası, audit və mühasibatlıq üzrə sertifikat proqramlarının da yaxın gələcəkdə tələbələrə təqdim ediləcəyi vurğulanıb.

“Prosol” şirkətinin Proqram təminatı şöbəsinin müdiri Murad Mustafayev çıxışında bildirib ki, şirkət kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərir və “CODEX” IT Akademiyası ilə əməkdaşlıq çərçivəsində virtual laboratoriya layihəsini təqdim edir. Onun sözlərinə görə, bu laboratoriyada eyni anda 1000-dən çox tələbə kiberhücum və kibermüdafiə simulyasiyalarında iştirak edə bilər. “Prosol” beynəlxalq təcrübəyə əsaslanaraq, xüsusilə İsraildən olan təhlükəsizlik mütəxəssisləri ilə birgə işləyir və Azərbaycanda bu sahənin inkişafına töhfə verməyi qarşısına məqsəd qoyub.

Tədbirin sonunda qeyd olunub ki, “CODEX” IT Akademiyası tələbələrə yalnız nəzəri biliklər deyil, eyni zamanda, praktiki bacarıqlar qazandırmaqla onların texnologiya dünyasında uğurla mövqe tutmalarına real zəmin yaradacaq. Akademiya yerli və beynəlxalq şirkətlərin iştirakı ilə Azərbaycanın rəqəmsal gələcəyinə töhfə verməyə iddialıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri