Icma.az
close
up
RU
AzMİU da VII Karyera Sərgisindən FOTOLAR

AzMİU da VII Karyera Sərgisindən FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasının sürətləndirilməsi və universitet-sənaye əməkdaşlığının daha da gücləndirilməsi məqsədilə VII Karyera Sərgisi keçirilib.

"Unikal" xəbər verir ki, “Karyera Həftəsi” çərçivəsində təşkil olunan sərgi universitetdə bir həftə ərzində keçirilən çoxsaylı seminarlar, maarifləndirici görüşlər, vorkşoplar və praktik sessiyaların məntiqi yekunu kimi çıxış edib. Həftə boyunca tələbələr müxtəlif sahələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət quraraq əmək bazarının tələbləri, yeni texnologiyalar və karyera inkişaf imkanları ilə yaxından tanış olublar.

Artıq ənənəvi xarakter alan və universitetin əsas karyera platformalarından biri kimi formalaşan sərgini giriş nitqi ilə açan AzMİU Təcrübə və Karyera Mərkəzinin direktoru Xanlar Qəniyev bu kimi təşəbbüslərin gənclərin peşəkar inkişafında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, karyera sərgiləri tələbə və məzunlara potensial işəgötürənlərlə birbaşa əlaqə qurmaq, öz bilik və bacarıqlarını təqdim etmək və real iş imkanları ilə tanış olmaq üçün effektiv platformadır.

AzMİU-nun rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova çıxışında vurğulayıb ki, Karyera Sərgisi tələbə və məzunların peşəkar gələcəyinin formalaşmasında mühüm rol oynayır. Onun sözlərinə görə, bu kimi platformalar gənclərə əmək bazarının real tələblərini öyrənmək, ixtisaslarına uyğun müəssisələrlə birbaşa əlaqə qurmaq və gələcək karyeralarını düzgün istiqamətləndirmək imkanı yaradır.

Rektor qeyd edib ki, AzMİU məzunlarının məşğulluq göstəriciləri universitetdə tədrisin keyfiyyətinin və sənaye ilə əməkdaşlığın yüksək səviyyədə olduğunu sübut edir: “Məzunlarımızın 83 faizdən çoxu ali təhsili başa vurduqdan sonra ilk bir il ərzində işlə təmin olunur, onların 71 faizi isə ixtisasları üzrə fəaliyyət göstərir. Bu, universitet-sənaye əlaqələrinin real nəticəsidir”.
Xüsusi vurğulanıb ki, sərgi çərçivəsində yalnız ümumi vakansiyalar deyil, həm də işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işlərində iştirak edəcək memar və inşaat mühəndislərinin seçimi istiqamətində də işlər aparılır. Bu isə tədbirin ölkənin strateji inkişaf prioritetləri ilə birbaşa bağlı olduğunu göstərir.

Qeyd olunub ki, 2026-cı il üzrə təşkil edilən VII Karyera Sərgisində 70-ə yaxın dövlət qurumu və aparıcı şirkət iştirak edib. Sərgi çərçivəsində tələbə və məzunlara 400-dən çox vakansiya və müxtəlif istiqamətlər üzrə ödənişli təcrübə proqramları təqdim olunub. Təklif olunan imkanlar memarlıq, inşaat, şəhərsalma, dizayn, informasiya texnologiyaları, kommunikasiya mühəndisliyi və sənayenin digər mühüm sahələrini əhatə edir.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında qeyd edib ki, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması müasir təhsil siyasətinin əsas prioritetlərindəndir. O vurğulayıb ki, bu kimi karyera platformaları dövlət, təhsil və real sektor arasında körpü rolunu oynayaraq gənclərin peşəkar inkişafına mühüm töhfə verir. 

Türkiyənin “ProYapı" şirkətinin icraçı direktoru Akif Aygen isə çıxışında bildirib ki, mühəndislik və tikinti sahəsində ixtisaslı kadrların hazırlanması üçün universitet-sənaye əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu cür sərgilər tələbələrin real layihələrə inteqrasiyası və praktiki bacarıqlarının inkişafı baxımından mühüm imkanlar yaradır.
Tədbirdə SOCAR, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən bərpa və tikinti qurumları, Bakı Metropoliteni QSC, Azərbaycan Dəmir Yolları QSC, Təhsil İnkişaf Fondu, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, PMD Projects MMC, Kristal Abşeron, “ProYapı” və digər nüfuzlu dövlət və özəl təşkilatlar təmsil olunub.

Sərgi çərçivəsində müəssisələrin insan resursları üzrə nümayəndələri iştirakçılara vakansiyalar, təcrübə proqramları və işə qəbul prosedurları barədə ətraflı məlumat veriblər. Tələbə və məzunlar isə təqdim olunan imkanlarla yaxından tanış olub, işəgötürənlərlə birbaşa ünsiyyət qurub, suallarını ünvanlandırıb və uyğun vakansiyalar üzrə CV-lərini təqdim ediblər.
Qeyd edək ki, AzMİU-da hər il keçirilən Karyera Sərgisi tələbə və məzunların məşğulluq imkanlarının genişləndirilməsi, onların praktik bacarıqlarının artırılması və əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına töhfə verən mühüm platforma kimi ildən-ilə daha böyük maraqla qarşılanır. 
 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://unikal.az
archiveBu xəbər 01 May 2026 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri