Icma.az
close
up
RU
AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

AzMİU dünyanın ən yaxşı 1000 universiteti sırasında yer alıb

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 18 iyun, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) növbəti dəfə beynəlxalq akademik məkanın ən nüfuzlu qiymətləndirmə sistemlərindən biri olan QS World University Rankings 2027 reytinqində uğura imza atıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, son illər həyata keçirilən məqsədyönlü islahatların, beynəlxalq əməkdaşlıq siyasətinin, elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsinin, tədris keyfiyyətinin yüksəldilməsinin və universitetin qlobal akademik inteqrasiyasının real nəticəsi olaraq, AzMİU dünyanın ən yaxşı ali təhsil müəssisələri arasında yer alaraq 951–1000-ci pillələr qrupunda qərarlaşıb və bununla da qlobal akademik rəqabətdə mövqeyini daha da gücləndirib.

“QS World University Rankings 2027” qiymətləndirməsində dünyanın 106 ölkəsindən 8808 universitet təhlil olunub. Onlardan yalnız 1504 ali təhsil müəssisəsi yekun reytinq cədvəlinə daxil edilib. Bu il reytinqə 98 yeni universitet əlavə olunub ki, bu universitetlərdən biri də AzMİU-dur. AzMİU-nun dünyanın ilk 1000 universiteti sırasında yer alması universitetin beynəlxalq səviyyədə tanınan və rəqabətədavamlı ali təhsil müəssisəsinə çevrildiyini təsdiqləyir.

QS-in açıqladığı nəticələr göstərir ki, AzMİU müəllim-tələbə nisbəti göstəricisi 411, işəgötürən nüfuzu göstəricisi 453, akademik nüfuz göstəricisi üzrə isə 567-ci pillədə qərarlaşan bir sıra strateji göstəricilərlə dünya universitetlərinin nəticələrini üstələyb.

Son illər AzMİU-da həyata keçirilən islahatlar universitetin beynəlxalq mövqeyinin möhkəmlənməsində mühüm rol oynayıb. İkili diplom proqramlarının genişləndirilməsi, xarici universitetlərlə tərəfdaşlıqların artırılması, beynəlxalq akkreditasiyaların əldə olunması, elmi nəşrlərin sayının artması və qlobal layihələrdə iştirak universitetin inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edib. Xüsusilə memarlıq, şəhərsalma, inşaat mühəndisliyi, nəqliyyat, informasiya texnologiyaları və digər mühəndislik istiqamətlərində aparılan elmi tədqiqatlar AzMİU-nun beynəlxalq elmi məkanla inteqrasiyasını gücləndirib.

QS 2027 nəticələri bir daha göstərir ki, AzMİU təkcə ölkənin deyil, regionun mühəndislik və memarlıq təhsili üzrə aparıcı ali təhsil müəssisələrindən biridir. Universitetin dünyanın ən yaxşı ilk 1000 universiteti sırasında yer alması Azərbaycan ali təhsilinin beynəlxalq nüfuzunun yüksəlməsinin, ölkədə aparılan təhsil islahatlarının və AzMİU kollektivinin uzunmüddətli əməyinin mühüm nəticəsidir ki, bu da gələcəkdə universitetin beynəlxalq reytinqlərdə mövqeyini daha da yaxşılaşdıraraq, qlobal akademik məkanda daha güclü təmsil olunmaq istiqamətində fəaliyyətini daha da inkişaf etdirməsinə zəmin yaradacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see474

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see439

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see383

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see377

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see352

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see346

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see336

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see336

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see331

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see327

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see312

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see284

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see284

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see271

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see270

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see268

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see258

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see232

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see212

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri