Icma.az
close
up
RU
AzMİU nun elmi tədqiqat potensialı gücləndirilir gənc alimlərlə görüş olub

AzMİU nun elmi tədqiqat potensialı gücləndirilir gənc alimlərlə görüş olub

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) elmi inkişaf strategiyasına uyğun olaraq gənc müəllimlər və doktorantlarla görüş keçirilib.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Görüşü açan rektor Gülçöhrə Məmmədova AzMİU-nun elmi-tədqiqat potensialının yüksəldilməsi istiqamətində atılan addımlardan danışaraq, universitet rəhbərliyinin gənc alimlərə dəstəyinin davamlı xarakter daşıdığını bildirib. O, DAAB birliyi çərçivəsində dünyaca məşhur universitetlərdə çalışan alimlərlə qurulan əməkdaşlıq əlaqələrinin gənc tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasında mühüm rol oynayacağını vurğulayıb. Rektor, həmçinin doktorantlar üçün ikili rəhbərlik modelinin tətbiq olunmasının onların elmi keyfiyyətini artıracağına inam ifadə edib.

Prorektor professor Nigar Aslanova çıxışında universitetdə akademik heyətin üçdəbir hissəsinin gənc müəllimlərdən ibarət olduğunu qeyd edərək, bu resursun universitetin gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını bildirib. O, gənc kadrların elmi fəaliyyətə cəlb olunmasını stimullaşdırmaq məqsədilə universitetdə müxtəlif dəstək mexanizmlərinin tətbiq olunduğunu diqqətə çatdırıb.

Doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov son illərdə doktoranturaya qəbul olunanların sayında artımın müşahidə olunmasını təqdirəlayiq hal kimi dəyərləndirərək, bunun gənclər arasında elmi-tədqiqata marağın artdığını göstərdiyini bildirib.

Elmi-tədqiqat şöbəsinin müdiri Reyhan Əkbərli isə gənc alimlərə beynəlxalq indeksli jurnallarda – “Web of Science”, “Scopus” və bu kimi reytinq sistemlərində təmsil olunan nəşrlərdə məqalə dərc etməyin əhəmiyyətindən danışıb. O, gəncləri bu istiqamətdə təşkil olunan təlim və seminarların imkanlarından yararlanmağa çağırıb və Dayanıqlı İnkişaf Məqsədləri kontekstində mövzu seçiminin beynəlxalq qəbul üçün mühüm olduğunu qeyd edib.

Görüşün sonunda gənc müəllim və doktorantların sualları cavablandırılıb, onların qarşılaşdıqları çətinliklər və təkliflər dinlənilib. Belə görüşlərin mütəmadi keçirilməsi AzMİU-nun elmi fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, gənc tədqiqatçıların dəstəklənməsi və universitetin beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə yüksəlməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri