Azneftdə “KIA” alovlandı Yol polisi sürücünün köməyinə gəldi VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Azneft dairəsində avtomobil yanaraq yararsız vəziyyətə düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 15-də gecə saatlarında qeydə alınıb. Belə ki, “KIA” markalı maşının ön hissəsi qəfil alovlanmağa başlayıb. Bu vaxt Xoşbəxtlikdən hadisə zamanı maşında insan olmayıb. Bu vaxt ərazidə olan vətəndaş və DYP əməkdaşları yardım ediblər. Kadrdan da göründüyü kimi, yol polisləri odsöndürən balonunun köməyi ilə yanğını söndürərək alovun maşının digər hissələrinə keçməsinin qarşısını alıblar. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.
Qeyd edək ki, yanğın zamanı avtomobilin daha az zərər görməsi üçün hər bir sürücü nəqliyyat vasitəsində qaz balonu daşımalıdır. Əks halda alov maşının digər hissələrinə yayılaraq onun tamamilə yararsız hala düşməsinə gətirib çıxaracaq.
Təəssüf ki, əksər sürücülərin maşınlarında yanğınsöndürən balon olmur. Nəticədə belə bədbəxt hadisələr zamanı videodakı sürücü kimi çıxılmaz vəziyyətdə qalırlar.
Nərmin
Baxış sayı:131
Bu xəbər 17 İyun 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















