Icma.az
close
up
RU
AzParking lə bağlı şayiələr yayılıb Şirkətdən ittihamlara cavab

AzParking lə bağlı şayiələr yayılıb Şirkətdən ittihamlara cavab

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sosial şəbəkələrdə yayılan iddialara görə "AzParking" şirkətində çalışan əməkdaşlara iş saatları ərzində təbii ehtiyaclarını ödəmək üçün yalnız gündə bir dəfə icazə verilir. Bu isə əməkdaşların həm sağlamlığına, həm də iş şəraitinə ciddi mənfi təsir göstərə biləcək amil kimi qiymətləndirilir. İctimaiyyət bu məsələnin araşdırılmasını və lazımi tədbirlərin görülməsini tələb edir.
Bəs görəsən, şirkət daxilində belə qərar qəbul olunubmu?
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı "AzParking" şirkətindən bildirilib ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bütün əməkdaşlarımızın əmək hüquqları tam şəkildə qorunur:
"Parklanma xidməti üzrə bələdçi vəzifəsində çalışan əməkdaşlarımızın iş rejimi əmək müqaviləsinə uyğun şəkildə növbəli qrafik əsasında tənzimlənir. Birinci növbə bazar ertəsi-şənbə günləri saat 07:00-dan 14:30-dək, ikinci növbə isə bazar ertəsi-şənbə günləri saat 14:30-dan 22:00-dək müəyyən edilib. İş günü ərzində 1 saat nahar fasiləsi nəzərdə tutulub və bələdçilər tərəfindən məntəqələri nəzarətsiz saxlamamaq üçün növbəli şəkildə istifadə olunur. Əmək Məcəlləsinin 103.5-ci maddəsinə əsasən nahar fasilələrindən işçi öz mülahizəsinə uyğun istifadə etməkdə sərbəstdir.
Əlavə olaraq bildiririk ki, əməkdaşların təbii ehtiyaclarının ödənilməsi ilə bağlı şirkət tərəfindən heç bir məhdudiyyət qoyulmamış, rəhbərlik səviyyəsində bu istiqamətdə hər hansı qərar qəbul edilməyib, günün istənilən vaxtı fasiləyə çıxmaq imkanı təmin edilib.
Müraciətdə qeyd olunan məsələ 12.06.2025-ci il tarixində sahə rəisi ilə parklanma xidməti üzrə bələdçi arasında baş vermiş qeyri-rəsmi xarakter daşıyan prosesdir və şirkətin rəsmi prosedurlarına, daxili qaydalarına və iş axınına aidiyyəti yoxdur. Sözügedən hal üzrə şirkət tərəfindən araşdırma aparılıb və sahə rəisi vəzifəsindən azad edilib.
"AzParking" MMC olaraq əsas hədəfimiz vətəndaşlara yüksəkkeyfiyyətli xidmət göstərmək, eyni zamanda bu prosesdə əməkdaşlarımızın bütün hüquqlarını qorumaq və fəaliyyətimizi ədalət, etibar və qarşılıqlı dəyər prinsiplərinə əsaslanaraq həyata keçirməkdir".
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri