Icma.az
close
up
RU
AzParking sürücülərə xəbərdarlıq etdi

AzParking sürücülərə xəbərdarlıq etdi

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

"Bakıda bəzi parklanma məntəqələrində sürücülərdən qanunsuz şəkildə ödəniş tələb olunması halları ilə bağlı müraciətlər daxil olmaqdadır". 

Məsələ ilə əlaqədar vətəndaşların düzgün məlumatlandırılması və qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması məqsədilə “AzParking” Bakıvaxtı.az-a açıqlama verib. 

Məlumatda qeyd olunur ki, paytaxt ərazisində ödənişli parklanma həftənin altı günü — bazar ertəsindən şənbə gününədək saat 07:00-dan 22:00-dək qüvvədədir. Bu müddət ərzində sürücülər nəqliyyat vasitəsini parklanma məntəqəsində saxladıqdan dərhal sonra parklanma vaxtını aktiv etməlidirlər.

Saat 22:00-dan səhər 07:00-dək və həftənin bazar günü parklanma tamamilə ödənişsizdir. Xüsusilə bazar günləri vaxt açmaq üçün mobil tətbiqdən və ya SMS-dən istifadə etməyə ehtiyac yoxdur. Qeyd olunan zaman intervalında sürücülərdən hər hansı ödəniş tələb olunması da qanunsuzdur.

Parklanma ödənişləri rəsmi rəqəmsal kanallar vasitəsilə —AzParking mobil tətbiqi və SMS xidməti üzərindən həyata keçirilir. Sistem vasitəsilə edilən ödənişlər avtomatik olaraq qeydə alınır və sürücüyə bildiriş göndərilir.

Son dövrlərdə bəzi şəxslərin ödənişsiz vaxtlarda və ya ümumilikdə rəsmi sistemdən kənar şəkildə sürücülərə yaxınlaşaraq pul tələb etməsi halları da müşahidə edilməkdədir. Bu şəxslər rəsmi parklanma sisteminin əməkdaşları deyil və onların fəaliyyəti qanunsuz xarakter daşıyır. 

Bir daha diqqətə çatdırırıq ki, rəsmi sistemdən kənar hər hansı ödəniş tələbi qanuni əsas daşımır. Sürücülərdən xahiş olunur ki, naməlum şəxslərə nağd vəsait təqdim etməsinlər, bu kimi hallarla qarşılaşdıqda diqqətli olsunlar və 902 nömrəsinə məlumat versinlər.

Şəhər ərazisində parklanmanın vahid və şəffaf sistem əsasında idarə olunması nəqliyyat axınının tənzimlənməsi, ictimai qaydanın qorunması və bütün sürücülər üçün bərabər şəraitin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyri-qanuni ödəniş halları həm vətəndaşların maddi maraqlarına zərər vurur, həm də sistemin effektivliyinə mənfi təsir göstərir.

Vətəndaşların düzgün məlumatlandırılması məqsədilə bir daha əsas qaydalar xatırladılır:
•    Ödənişli saatlar: 07:00 – 22:00 (bazar ertəsi – şənbə)
•    Ödənişsiz vaxt: 22:00 – 07:00 və bazar günləri (vaxt açmağa ehtiyac yoxdur)
•    Ödəniş üsulu: rəsmi rəqəmsal kanallar (AzParking mobil tətbiqi və 1181 SMS xidməti)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Fevral 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri