Icma.az
close
up
RU
Azpulmat, kimi mikroödəniş platformaların arxasında gizlənən böyük risklər

Azpulmat, kimi mikroödəniş platformaların arxasında gizlənən böyük risklər

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Günümüzdə Azpulmat, Manato.az kimi mikroödəniş platformaları bir çox istifadəçiyə kiçik məbləğli və tez başa çatan maliyyə xidmətləri təklif edir. Lakin bu rahatlıq çox zaman arxasında böyük riskləri də gizlədir. İnsanlar bu platformalar vasitəsilə ödəniş etdikdə — istər kredit borcunu bağlasınlar, istərsə də kommunal və ya mobil operator ödənişi həyata keçirsinlər — çox zaman diqqətdən qaçan məqam ondan ibarətdir ki, bu xidmətlər əslində kreditləşmə mexanizmi üzərindən qurulub. Yəni siz əslində bank və ya rəsmi kredit təşkilatına yox, qeyri-bank maliyyə qurumuna ödəniş edir və əvəzində çox yüksək faizlə borclanmış olursunuz. Bu zaman gecikmə olmasa belə, sistem sizi artıq "borc almış şəxs" kimi qeydə alır və bu da avtomatik olaraq kredit tarixçənizə düşür.
Kredit tarixçəsi dedikdə, bir şəxsin bütün maliyyə öhdəliklərini necə və hansı qaydada yerinə yetirməsi haqqında toplanan məlumatlar nəzərdə tutulur. Banklar və digər rəsmi maliyyə qurumları bu tarixçəyə əsasən vətəndaşa kredit verib-verməməklə bağlı qərar qəbul edirlər. Əgər siz vaxtında ödəniş etsəniz belə, bu tip yüksək faizli, sürətli mikro-kreditlərdən dəfələrlə istifadə etməyiniz gələcəkdə bankların diqqətindən yayınmır. Onlar sizi riskli kateqoriyaya daxil edə bilər, çünki bu sistemlərdə daimi ödəniş aparan şəxslər çox vaxt maliyyə ehtiyaclarını bank vasitəsilə deyil, qeyri-bank vasitəsilə qarşılamağa üstünlük verən, daimi maliyyə çətinliyi yaşayan, büdcə balansı zəif olan insanlar kimi qiymətləndirilir.
Ən təhlükəlisi isə odur ki, bu proseslər bəzən vətəndaşın xəbəri olmadan onun kredit hesabatına mənfi qeyd kimi düşür. Bu da gələcəkdə kredit üçün banka müraciət etdikdə əlavə sualların yaranmasına səbəb olur. Məsələn, bank əməkdaşı sizdən soruşa bilər ki, nə üçün mütəmadi olaraq yüksək faizli platformalardan istifadə etmisiniz, maliyyə çətinliyiniz nə ilə bağlı olub, niyə klassik bank məhsullarına üz tutmamısınız? Bütün bu suallar isə sizin etibarlılığınızı azaldır və nəticədə ya kredit verilməsindən imtina olunur, ya da daha yüksək faizlə, daha sərt şərtlərlə kredit təklif edilir.
Bu səbəbdən də, vətəndaşlar bu cür platformaların təqdim etdiyi rahatlığı qiymətləndirərkən, onun arxasında gizlənən hüquqi və maliyyə risklərini mütləq nəzərə almalıdırlar. Mümkün qədər rəsmi bank kanallarından istifadə etmək, kredit tarixçəsini qorumaq və maliyyə intizamına ciddi yanaşmaq gələcək üçün daha sağlam və təhlükəsiz maliyyə mühiti formalaşdırmaq baxımından həyati əhəmiyyət kəsb edir. Əks halda, bu gün kiçik məbləğlərlə etdiyiniz ödənişlər sabah daha böyük kredit imkanlarından sizi məhrum edə bilər.
Əli İbrahimov, hüquqşünas
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 30 May 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri