Icma.az
close
up
RU
“Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ KONKRET

“Azpulmat” və “Manato”ya borcu olanların NƏZƏRİNƏ KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illərdə Azərbaycanda maliyyə texnologiyalarının sürətli inkişafı bəzi bank olmayan kredit təşkilatlarından (BOKT) cəmi bir neçə saniyədə kredit götürmək imkanı yaradıb.

Banklardan kredit əldə edə bilməyənlərin daha çox üz tutduğu bu təşkilatlar müştərilərinə girovsuz, təminatsız və bir neçə dəqiqə ərzində kart hesabına yatırılan gündəlik borclar təklif edirlər. Bəs bu təşkilatlardan kredit götürmək vətəndaş üçün həqiqətən sərfəlidirmi?

KONKRET.az Teleqraf-a istinadla xəbər verir ki, son zamanlar adı hallanan “Azpulmat” hər 100 ölkə vətəndaşınından 10-nu borcluya çevirib. Belə ki, vətəndaş BOKT-un tətbiqi və ya veb saytı vasitəsilə saniyələr içində kredit götürə bilir. Təbii ki, bu müştərilərə asan və sərfəli görünə bilər. Lakin “Azpulmat” ilk dəfədən yüksək məbləğdə kredit vermir. Bunun üçün uzun müddətli müştəri olmalısınız. BOKT-un müştərisi olmuş həmsöhbətimiz bildirdi ki, təşkilat ilk müştərisinə krediti minimum məbləğdən – 20 manatdan verir. Bunu BOKT-un dəstək çatında əlaqə saxladığımız operator da təsdiqlədi. Məlum oldu ki, “ilk sınaqdan” keçən müştəri sonradan 70 manat kredit götürə bilir:

“Birinci dəfə mənə 20 manat kredit verildi. Təşkilat ilk 5 gün ərzində faiz hesablamır, sonradan kreditin üzərinə 0.30%-lik faiz gəldi. Mən ödəməni 15 gün gecikdirdiyim üçün 23 manat 60 qəpik ödəniş etdim. Düzünü desəm, 20 manat üçün 3 manat 60 qəpik faiz ödəmək mənə sərfəli görünmədi. Lakin ehtiyacım olduğu üçün təkrar-təkrar, daha çox məbləğlərdə kredit götürməyə məcbur oldum. Hazırda boclarım çox yığılıb, ödəyə bilmirəm”.

Beləliklə, götürülən 20 manatlıq minimum ilk kredit 0.30%-lik faiz (ilk 5 gün xaric) hesablanması şərti ilə 15-ci gündə 20 manat 61 qəpik olaraq ödənməlidir, lakin həmsöhbətimiz 23 manat 60 qəpik ödədiyini deyir. 15-ci gündə kreditin ödənişinin 23.60 manat səviyyəsində ödənməli olduğu təşkilatın veb saytındaki kalkulyator da təsdiqləyir. Bəs 2.99 manatlıq əlavə ödəniş nədən qaynaqlanır? Bu yəqin ki, BOKT tərəfindən tətbiq olunan əlavə komissiyalar və xidmət haqları ilə bağlıdır.

Göründüyü kimi, müştərilərin bank və ya başqa kredit təşkilatında kreditinin olmasından narahat olmayan bu platformalar əslində yüzlərlə insanı borc bataqlığına sürükləyən təhlükəli sistemin tərkib hissəsidir.

“Onlayn bank kreditləşməsinə əlverişli alternativ” olduğunu iddia edən “Azpulmat” müştərilərinə yalnız şəxsiyyət vəsiqəsi ilə, girovsuz və istənilən məqsədlər üçün kredit təklif edir. “Azpulmat” xidmətdən ilk dəfə istifadə edən müştərilərinə minimum 20 manatdan maksimum 500 manatadək “ilk kredit” verir.

Platformanın eyni zamanda minimum 50 manatdan maksimum 1500 manatadək 30 gün müddətinə verilən “təkrar kredit”i də mövcuddur.

500 manatlıq ilk kredit maksimum 45 gün geri ödəmə vaxtı ilə verilir, ilk 5 gün ərzində faizlər hesablanmır. 6-cı gündən 45-ci günədək isə gündəlik 0.30% faiz hesablanır. İlk baxışdan faizin məbləği az görünsə də, müştəri götürdüyü 500 manatlıq krediti 45-ci gün original məbləğdən 42% çox pul – 710 manat ödəyərək bağlayır. Müştəri eyni zamanda 36-cı gündən etibarən verilmiş kreditdən istifadəyə görə 30%-lik xidmət haqqı da ödəyir. Təşkilat 50-1500 manatlıq 30 günə verilmiş kredit üçün 0.50% faiz hesablayır. Müştəri 30-cu gün 1500 manatlıq kreditini 22.5% çox pul – 1837.5 manat ödəməklə bağlayır.

Bundan əlavə, BOKT öz sayt və mobil tətbiqində ödəniş qəbul etmək üçün də əlavə pul alır. Əgər müştəri kreditini bank kartıyla, “Azpulmat” saytında və ya mobil tətbiqində ödəmək istəyirsə 0.5%-lik komissiya ödəməlidir.

Əlbəttə, biz bu hesablamaları “Azpulmat”ın müştəriyə maksimum verəcəyi məbləğdən apardıq. Lakin yuxarıda da qeyd etdiyimiz kimi, təşkilat bu məbləğləri yalnız uzun müddətli müştərisinə verir.

“Müştərinin əldə edə biləcəyi kredit limiti, kredit məbləği və müddəti tətbiq tərəfindən individual olaraq baxılır və avtomatik təyin edilir.

Yüksək fazilər yüzlərlə insanın BOKT qarşısında öhdəliklərinin icrasında problem yaratdığı üçün məhkəmə predmetinə səbəb olub. BOKT-ların banklardan fərqli olaraq sərt tələblər qoymaması əskəriyyətin bu cür təşkilatlara müraciət etməsinə səbəb olur. Əgər 2023-cü ilin yanvarında BOKT-lar əhaliyə 600 milyon 800 min manat kredit veribsə, 2024-cü ilin yanvar ayında bu rəqəm 808 milyon 300 min manat olub. Mayın 1-nə bank olmayan kredit təşkilatlarının kredit qoyuluşu 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb. 2025-ci il aprel ayının 1-nə BOKT-lar tərəfindən milli valyutada verilən istehlak kreditləri üzrə orta faiz dərəcəsi 35% təşkil edib.

Ekspertlər bildirir ki, BOKT-larla bağlanan müqavilələrdə bütün məsuliyyət vətəndaşın üzərinə düşür. Nəticə etibarı ilə vətəndaş məhkəmələrdə uduzur. Belə olan halda şəxsin və ona zamin duranların əmlakı sual altına düşür. Onlar satılaraq pulları borcun bağlanmasına sərf olunur. Müəyyən tənzimləyici aktlarla BOKT-ların faiz dərəcələrinə məhdudiyyətlərin gətirilməsi mümkündür. O zaman isə BOKT-ların sayı azalacaq.

Qeyd edək ki, hazırda ölkədə 56 BOKT fəaliyyət göstərir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:1498
embedMənbə:https://konkret.az
archiveBu xəbər 02 İyun 2025 13:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri