AZSTANDART Özbəkistanın “UzTest” mərkəzi ilə əməkdaşlıq edəcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 6 dekabr, AZƏRTAC
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Daşkənd şəhərinə işgüzar səfər edib.
AZSTANDART-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində heyət Özbəkistan Elmi-sınaq və Keyfiyyətə Nəzarət Mərkəzinin (UzTest) nümayəndələri ilə görüşüb.
Görüş zamanı tütün məmulatlarının sınaqdan keçirilməsinə dair əməkdaşlıq layihələri ətrafında müzakirələr aparılıb, o cümlədən “Halal” sertifikatı üzrə təcrübə mübadiləsi barədə razılığa gəlinib. Görüşün yekununda AZSTANDART ilə “UzTest” arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Səfər çərçivəsində, həmçinin mərkəzin sınaq laboratoriyalarına baxış keçirilib, onların fəaliyyət istiqamətləri, laboratoriyalarda istifadə edilən müasir cihaz və avadanlıqlar barədə məlumat əldə edilib.
Səfərin sonunda AZSTANDART nümayəndələri Daşkənd Dövlət Texniki Universitetinin (TDTU) nəzdində “Metrologiya və standartlaşdırma” laboratoriyasında iş prosesi ilə tanış olub, laboratoriyaların akkreditasiyası sahəsində birgə əməkdaşlıq barədə müzakirələr aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 06 Dekabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















