“Aztelekom” əməkdaşlarının tibbi sığortasına 55 min manat xərcləyəcək
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
“Aztelekom” MMC tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC (VÖEN – 1700066901) olub.
Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC “Aztelekom” MMC əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, “Aztelekom” MMC ümumilkdə 203 əməkdaşın bir illik könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 54 min 810 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün il ərzində ödəniləcək tibbi sığorta haqqı 270 manat olacaq.
Qeyd edək ki, “Qala Sığorta” ASC 15 yanvar 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 milyon 17 min 788 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Nizami küçəsi, ev 96-da yerləşir. ASC-nin qanuni təmsilçisi Allahverdiyev Fuad Kamran oğludur.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:AYNA əməkdaşlarının tibbi sığortasına 232 min manat xərcləyəcək
17 Dekabr 2024 18:31
“Aztelekom” videomüşahidə sistemi üçün 46500 manat xərcləyəcək
25 Oktyabr 2025 13:06
Agentlik əməkdaşlarının sığortası üçün 52 min pul xərcləyəcək
20 May 2025 21:34
Agentlik əməkdaşlarının sığortası üçün 78 min pul xərcləyəcək
28 Dekabr 2024 15:47
Baxış sayı:157
Bu xəbər 15 Noyabr 2024 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















