Aztelekom internet tariflərini artırmaq üçün müraciət edib?
Icma.az bildirir, Olke.az portalına istinadən.
Ölkə.az xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə ekspert Osman Gündüz açıqlama verib.
Qeyd olunub ki, hazırda istifadəçilərin 90 faizdən çoxu 100 Mbit/s və daha aşağı sürətli internet paketlərindən yararlanır. Buna görə də minimum sürətin artırılmasının bütün abonentlər üçün zəruri olmadığı və istifadəçilərə seçim imkanının yaradılmasının vacibliyi vurğulanıb.
Xatırladaq ki, 15 avqust 2024-cü ildə internet tariflərində dəyişiklik edilib. Həmin vaxt minimum paket 40 Mbit/s sürət və 18 manatlıq tarifdən 100 Mbit/s sürət və 25 manatlıq tarifə keçirilib. Nəticədə minimum aylıq ödəniş təxminən 40 faiz artıb.
Ekspert əlavə edib ki, ölkə üzrə keyfiyyətli və yüksəksürətli internetin təmin edilməsi vacib olsa da, bu, minimum tarifin hamı üçün artırılması hesabına həyata keçirilməməlidir. Vətəndaşların xidmətə maddi əlçatanlığının qorunması və fərqli paketlər arasında seçim edə bilməsi əsas şərtlərdən biri kimi göstərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 22 Oktyabr 2026 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















