Icma.az
close
up
RU
“Aztelekom”un dəstəyi ilə Bakıda konfrans keçirilib FOTO

“Aztelekom”un dəstəyi ilə Bakıda konfrans keçirilib FOTO

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Aprelin 26-da Bakıda keçirilmiş “4-cü İllik SƏTƏMM Konfransı”nda Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC premium dəstəkçi qismində iştirak edib.

"Unikal" xəbər verir ki, 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə yerli mütəxəssislərlə yanaşı, Böyük Britaniyanın Əməyin Mühafizəsi və Sağlamlıq İnstitutu (IOSH) daxil olmaqla bir sıra beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransda şirkətin SƏTƏMM şöbəsinin müdiri Qasım Əliyev “Aztelekom”da SƏTƏMM məsələlərinin həllində kreativlik, innovativlik və müasir yanaşma” mövzusunda çıxış edib.

O, həmçinin “Aztelekom”da SƏTƏMM sahəsində maarifləndirmənin yalnız əməkdaşlarla məhdudlaşmadığını vurğulayıb və şirkət işçilərinin uşaqların iştirakı ilə həyata keçirilən müxtəlif maarifləndirici fəaliyyətlər barədə şirkətin təcrübəsini bölüşüb.

Tədbir zamanı əməyin təhlükəsizliyi, keyfiyyət və biznesin digər sahələri üzrə aktual məsələlər müzakirə olunub, yeni ideyaların paylaşılması və sahə üzrə ən yaxşı təcrübələrin öyrənilməsi məqsədilə interaktiv müzakirələr aparılıb.

Tədbir çərçivəsində keçirilmiş təltifetmə mərasimində “Aztelekom” “SƏTƏMM-in təkmilləşdirilməsində yaradıcı təsir” kateqoriyasında mükafata layiq görülüb. 

Qeyd edək ki, uğurla yekunlaşmış “Onlayn Azərbaycan” meqalayihəsinin əsas operatoru olan “Aztelekom” genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın “Ən sürətli Sabit Şəbəkə üzrə Speedtest Mükafatı” (Speedtest Award for Fastest Fixed Network) və rəqəmsal transformasiya məsələləri üzrə 45 illik beynəlxalq təcrübəyə sahib olan “İDATE” şirkətinin “Ev Təsərrüfatlarının Genişzolaqlı İnternetə Qoşulmasının İnkişafı ilə Bağlı Ən Yaxşı Təcrübə” (Best Practice of Home Broadband Development Award) mükafatı ilə təltif olunub. Hər iki mükafat ölkə tarixində ilk dəfə olaraq sabit şəbəkə internet provayderinə təqdim edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://unikal.az
archiveBu xəbər 29 Aprel 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri