Icma.az
close
up
RU
AzTV bu xanım müğənnilərə qadağa qoyub? SİYAHI

AzTV bu xanım müğənnilərə qadağa qoyub? SİYAHI

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

“AzTV-nin baş prodüseri Nazilə Babayevanın məndən xoşu gəlmir deyə 2 ildir dövlət televiziyasının əsas Yeni il konsertinə müğənni Nigar Jamalı dəvət etmir. Düzdür, bu sferada çalışan hər kəs bilir ki, mən onu güclə proqramlara çıxarıram, çünki istəmir”.

“Yeni Sabah” xəbər verir ki, bunu N.Camalın prodüsseri Pərviz Hüseynli bildirib.

Onun iddiasına görə, AzTV bəzi müğənnilərə qarşı ayrıseçkilik edir:

“Hətta bu Yeni il də heç bir proqrama çıxmadı. Ancaq söhbət burada dövlət televiziyasından gedir. Niyə ayrıseçkilik olmalıdır? Mən bilən AzTV kiməsə atasından miras qalan kanal deyil. Çağırmamaq üçün heç bir səbəb yoxdur. İki il öncə iki il ard-arda əsas Yeni il üçün AzTV-yə sənətçiləri mən dəvət etmişdim, hətta Hiss kimi küsülü olduğum müğənniləri də danışmaya-danışmaya çağırdım ki, uğurları var. Özünü öymək kimi çıxsa da, bu, mənim peşəkarlığımdan xəbər verir”.

P.Hüseynli bildirib ki, N.Babayevanın prodüseri olduğu verilişləri tənqid edib, ona görə də onunla belə davranır:

“Ancaq görünür Nazilə Babayeva bu yaşa gəlib, hələ də şəxsi münasibətlə peşəkar yanaşmanı ayırd edə bilmir. Məsələniz mənimlədirsə, zatən mən AzTV-nin qara siyahısındayam, hansı verilişə dəvət etmək istəyiblərsə, adım siyahıdan çıxarılıb. Cəmi bir dəfə illər əvvəl dəvət ediblər, onda da Respublika Günü ilə bağlı verilişə, o zaman da mən imtina elədim ki, bu ölkənin tarixçiləri, alimləri, professorları qala-qala mən kiməm ki, gələm Azərbaycan tarixindən danışam? Çağırmamaqlarının səbəbi odur ki, Nazilə xanımın prodüserləri olduğu verilişləri tənqid etmişəm, eyni qonaqları və eyni mövzuları işlədiklərini demişəm. Bu, Nigar Jamalı dəvət etməməyə səbəbdirmi, dostlar?”.

Müğənni Nura Suri də paylaşıma şərh yazaraq bildirib ki, o və bir neçə həmkarı da AzTV-nin bayram çəkilişlərinə dəvət olunmur:

“Onun (AzTV-nin baş prodüseri Nazilə Babayeva) gözəl qadınlara qarşı allergiyası var. Məni də, Delyanı da sevmir, verilişlərə çağırmır”.

Aydan Hacı 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 13 Dekabr 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri