AzTV: İranın planlaşdırdığı terror cəhdinin qarşısı alınıb − Video
Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İranın Azərbaycanda planlaşdırdığı terror aktı cəhdinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə AzTV məlumat yayıb.
Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti kompleks əks-kəşfiyyat tədbirləri nəticəsində İranın xüsusi xidmət orqanı olan SEPAH tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatları və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb:
“Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədilə strateji obyekt olan Bakı-Ceyhan Neft Boru Kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri Dini İcmasının rəhbərlərindən biri və “Aşkenazi” sinaqoqu hədəfə alınıb. Ölkə ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcılar zərərsizləşdirilərək digər şəxslərə ötürülməsinin qarşısı alınıb. İran Xüsusi Xidmət Orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədilə əməliyyat-axtarış tədbirləri təşkil edilib. Məlum olub ki, İran vətəndaşları - Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yaser Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlan oğlu ilə cinayətkar əlaqə yaradıb.
Zankiyan Rahimin tapşırığı ilə Səbail rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynerə baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 kiloqram 730 qram ağırlığında olan C4 partlayıcı maddənin olduğu aşkar edilib”.
Ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:Maqadanda terror cəhdinin qarşısı alınıb
18 Sentyabr 2025 21:22
İranın sifarişi ilə Trampa qarşı suiqəsd cəhdinin qarşısı alınıb
09 Noyabr 2024 03:01
AzTV İranın bu hücumlarına cavab verəcək Video
27 İyul 2026 18:37
Moskvada Sergey Şoyquya qarşı terror cəhdinin qarşısı alınıb
18 Noyabr 2025 00:23
Almatıda beş əcnəbinin planlaşdırdığı terrorun qarşısı alınıb
28 Oktyabr 2025 09:44
Baxış sayı:196
Bu xəbər 06 Mart 2026 22:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















