AzTV üçün yeni bina tikiləcək (Video)
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin (AzTV) yeni binasının tikintisi ilə əlaqədar ərazidəki ağacların vəziyyəti qiymətləndirilib.
Milli.Az AzTV-yə istinadən xəbər verir ki, ümumi sahəsi 1/8 hektar olan tikinti ərazisində ilkin baş plana əsasən, müəyyən sayda ağac tikinti layihəsinin ərazisinə düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mirsalam Qənbərovun sözlərinə görə, ərazidə ağacların inventarlaşdırılması aparılıb, qiymətləndirmə işləri yekunlaşdırılıb və müvafiq rəy verilib.
O bildirib ki, tikinti layihəsinin ərazisinə düşən ağacların hər biri qeydiyyata alınıb. Köçürülməsi mümkün olan ağacların isə başqa əraziyə köçürülməsi nəzərdə tutulur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Oktyabr 2026 12:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















