Icma.az
close
up
RU
Azyaşlı Nərminənin ölümündə həkimlərin səhvi olub

Azyaşlı Nərminənin ölümündə həkimlərin səhvi olub

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il avqustun 13-də Bərdə rayon sakini 2010-cu il təvəllüdlü Nərminə Kazımovanın “Yevlax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, istintaqla həmin dövrdə qeyd edilən tibb müəssisəsində həkim-travmatoloq-ortoped vəzifəsində işləmiş Bəxtiyar Mustafayev və həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Könül Sadıqovanın öz xidməti vəzifəsini yerinə yetirməməklə və lazımi qaydada yerinə yetirməməklə ehtiyatsızlıqdan Nərminə Kazımovanın ölümünə səbəb olan səhlənkarlıq etmələrinə, eləcə də K.Sadıqovanın rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşib.

Toplanmış sübutlar əsasında B.Mustafayevə Cinayət Məcəlləsinin 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq), K.Sadıqovaya isə həmin Məcəllənin 313 (vəzifə saxtakarlığı) və 314.2-ci maddələrilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

Qeyd edək ki, ötən il Bərdə rayon Hacallı kənd sakini olan Nərminə Kazımova barmağından əməliyyat olunmaq üçün Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Yaxınlarının iddiasına görə, həkimlər qıza həddindən artıq narkoz verdikdən sonra o dünyasını dəyişib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see557

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see497

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see462

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see385

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see378

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see347

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see247

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see240

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see238

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see213

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see208

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see208

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see208

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see191

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see187

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see185

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see177

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see171

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri