Icma.az
close
up
RU
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

Icma.az, Baku.ws portalına istinadən məlumat verir.

Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Namiq Məmmədov daha öncə də zorlama ittihamı üzrə məhkum olunub. O, 2012-ci ildə Cinayət Məcəlləsinin 149.2.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsi zorlama) və 149.2.5-ci (təkrar zorlama) maddələri ilə ittiham edilib. Həmin il Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.İlk məhkumluqGəncə Apelyasiya Məhkəməsinin 2013-cü il tarixli qərarı ilə Namiq Məmmədovun cəzası 1 il 6 aya endirilib. 1 il 6 ay həbsxanada cəza çəkən Namiq Məmmədov azadlığa çıxıb. O, azadlığa çıxandan sonra yenə də zorlama və seksual xarakterli zorakılıq hərəkətləri törədib.O, 4 dekabr 2014-cü il tarixdə 2000-ci il təvəllüdlü Məlahət İbrahimovaya qarşı seksual xarakterli hərəkətlər edib.Belə ki, Namiq Məmmədov Məlahətin köməksiz vəziyyətindən istifadə etməklə, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. O, daha sonra azyaşlı qıza qarşı fiziki zor göstərməklə, onunla zorla cinsi əlaqədə olub.Həbsdən çıxdı, azyaşlını zorladıNamiq həmin gün Məlahətdən əl çəkməyib. O, 10 nömrəli tam orta məktəbində təhsil alan Məlahətlə yenidən görüşüb.Namiq Məlahəti 4 dekabr 2014-cü ildə, saat 14 radələrində onu gəzintiyə aparacağı adı ilə aldadaraq, idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib və istintaqa məlum olmayan kimsəsiz yerə aparıb. Namiq orada avtomaşını saxlayaraq Məlahətə hədə-qorxu gəlib, zorla onunla cinsi əlaqədə olub.Dülgər sexində zorakılıqDaha sonra Namiq Məlahətə qarşı əxlaqsızlıq hərəkətləri edib və onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.2015-ci ilin martında yenidən Namiq Məlahətə zor tətbiq edərək, onunla cinsi əlaqədə olub.Bundan əlavə Namiq martın sonlarında Məlahəti aldadaraq idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib və Gəncə şəhəri, Avtozavod yolu deyilən ərazidə yerləşən özünün işlədiyi dülgər sexinə aparıb.Orada Namiq Məlahətə qarşı seksual xarakterli hərəkətlər edib. O, Mətanətə qarşı ən iyrənc formada seksual hərəkətlər edib.Namiq qıza qarşı əxlaqsızlıq hərəkətlər etdikdən sonra əvvəlcə onunla qeyri-təbii yolla, daha sonra isə təbii yolla cinsi əlaqədə olaraq, ona qarşı zorakılıq göstərib.Təcavüzə məruz qalan qızın intihar cəhdiNamiq tərəfindən zorlanan və iyrənc seksual hərəkətlərə məruz qalan Məlahətin psixoloji durumu pozulub. Buna görə də o, özünü öldürmək üçün zəhər qəbul edib. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.Məlahət üzləşdiyi çirkin əməllər barədə ailəsinə bir söz deməyib. O, evdən qaçıb. Polis tərəfindən tapılan azyaşlı ifadəsində Namiq tərəfindən zorlandığını bildirib.Bundan sonra Məlahətin ailəsi bu biabırçılığa dözməyərək evlərini sataraq başqa yerə köçüblər. Amma Namiq yenə də öz əməlindən əl çəkməyib. O, çirkin əməllərini başqa qızlara qarşı da davam etdirib.Bir qız ailəsi ilə evdən qaçdı, başqa qız təcavüzə məruz qaldıNamiq 2015-ci ilin fevralında 1994-cü il təvəllüdlü Səbinə Vəliyevaya qarşı zorakılıq edib. O, Səbinə Vəliyevanı hədələyərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Bundan başqa, Namiq həmin ilin fevralın 26-da Səbinə Vəliyevanı öldürəcəyi ilə hədələyərək ona qarşı zor tətbiq edib. Bu zaman Namiq Səbinəni döyərək sağlamlığına xəsarət yetirib.Daha sonra zorla onunla cinsi əlaqədə olub. O, Səbinə Vəliyeva ilə ayrı-ayrı vaxtlarda iki dəfə cinsi əlaqədə olub.İttiham aktında göstərilir ki, Namiq 2015-ci ilin fevralında Səbinə Vəliyeva ilə evlənəcəyini vəd edib. O, gəzmək adı ilə Səbinə Vəliyevanı Gəncə şəhərində kirayədə yaşadığı evə gətirib.Namiq Səbinə Vəliyevanı evə gətirəndən sonra yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.Şəkillərini sosial şəbəkədə yaymaq hədəsiBundan bir neçə gün sonra Namiq Səbinə Vəliyeva ilə danışıb. Ona bildirib ki, bir neçə gün əvvəl onu soyunduraraq seksual xarakterli zorakılıq hərəkətləri edərkən, çılpaq fotolarını çəkib.Namiq Səbinəni onunla görüşməkdən imtina edəcəyi təqdirdə həmin fotoları valideynlərinə və yaxın qohumlarına göstərəcəyini, həmçinin sosial şəbəkədə yayacağı ilə hədələyib.Namiq Səbinə Vəliyevaya qarşı seksual xarakterli hərəkətlər edən zaman çəkdiyi fotonu Vatsap səhifəsində profil şəkili kimi istifadə edərək qadına təzyiq göstərib.Daha sonra Namiq Səbinəni oyuncaq silahla hədələyərək, onu yenidən idarə etdiyi “Lada Priora” markalı avtomobilə mindirib, Gəncə şəhərindəki evə aparıb. O, Səbinə Vəliyevaya qarşı əxlaqsızlıq hərəkətlər edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.Namiq fevralın 26-də, saat 11 radələrində Səbinə Vəliyevaya onunla görüşməkdən imtina edəcəyi halda, çılpaq fotolarını sosial şəbəkədə paylaşacağını deyərək onu Gəncədəki evə aparıb və orada yenidən təcavüz edib.4 maddəli cinayət işi və 14 il cəzaİstintaq orqanı tərəfindən Namiq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla zorlama),149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlama), 150.3.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin insan immunçatışmazlığı virusu ilə yoluxmasına və ya digər ağır nəticələrə səbəb olmaqla seksual xarakterli zorakılıq hərəkətləri etmək)və 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddələri ilə ittiham elan edilib.Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Dadaş İmanovun sədrliyilə keçirilən prosesdə hökm oxunub.Məhkəmənin hökmü ilə Namiq Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.Seksual manyakın istəyi reallaşmadıBu hökmdən narazı qalan Namiq Məmmədov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu qeyd edib. Namiq Məmmədov barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib.Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Namiq Məmmədovun apelyasiya şikayəti təmin olunmayıb.Bu qərardan narazı qalan Namiq Məmmədov eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.Şikayət hakim Əli Seyfəliyevin sədrliyi ilə araşdırılıb. Kasasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti bu günlərdə qərar elan edib. Bu yaxınlarda verilən qərara görə, Namiq Məmmədovun kasasiya şikayəti də təmin olunmayıb.BAKU.WS
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://baku.ws
archiveBu xəbər 30 Dekabr 2025 05:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see248

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see153

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see149

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see148

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see146

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see139

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see136

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see134

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see134

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri