Icma.az
close
up
RU
Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı DTX dən əməliyyat

Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı DTX dən əməliyyat

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində xaricdə dini təhsil almış Azərbaycan Respublikası vətəndaşlarının özünü "Süleyman camaatının Bakı məntəqəsi üzrə rəhbəri" kimi qələmə verən Mikayılov Səid Mehman oğlunun rəhbərliyi ilə Bakı şəhərində müxtəlif hazırlıq kursları, tələbə yataqxanaları və uşaq bağçaları adı altında fəaliyyət göstərməklə, faktiki olaraq "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə razılaşdırmadan və azyaşlılar cəlb edilməklə dini ayinlər aparmasının qarşısı alınaraq "camaatın rəhbəri" və bir sıra üzvləri müvafiq olaraq cinayət və inzibati məsuliyyətə cəlb olunub.

Redaktor.az xəbər verir ki, hazırda Səid Mikayılovun təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Binəqədi rayon məhkəməsində baxılır.

Xatırladaq ki, Azərbaycanda qeyd olunan tədbirlər 2026-cı ilin yanvar ayında başlanılıb, qruplaşmaya aid dərshanələr və uşaq bağçaları bağlanılıb. 2026-cı ilin avqust ayında isə Türkiyə Respublikasında "Süleyman camaatı" dini icmasının rəhbəri Alihan Kuriş də daxil olmaqla bir neçə "camaat" üzvünün "cinayətkar dəstəyə rəhbərlik etmək, dələduzluq, vergidən yayınma, çirkli pulların yuyulması" ittihamı ilə həbs olunması haqqında mediada məlumatlar yayılıb.

Prosesdə şahid qismində ifadə verən "Nəsimi" tələbə yataqxanasının rəhbəri olmuş İbrahim Teymurov bildirib ki, adıçəkilən yataqxanaya ondan əvvəl Səid Mikayılov rəhbərlik edib. "Orta təhsilimi başa vurandan sonra Xaçmaz rayonunda Qaraqurd kənd məscidində Quran dərslərinə getmişəm, Həmçinin ərəb əlifbasını öyrənmişəm. Daha sonra Türkiyəyə yollandım. Orada "Süleymaniyyə camaatı" kursunda dini təhsilimi davam etdirib ölkəyə qayıtdım. Qayıdandan sonra Şabran rayonunda təsərrüfatla məşğul oldum. Bir müddətdən sonra Bakıya gəlib Səid Mikayılovla tanış oldum. Dini təhsilinin olduğunu bilib məni "Nəsimi" tələbə yataqxanasına işə dəvət etdi. Əvvəlcə yataqxanada nəzarətçi, mühafizəçi işlədim. Sonra tələbələrə Quran dərsləri keçməyi başladım. Bir müddətdən sonra Səid mənə yataqxanada həftədə 2-3 dəfə quran dərsləri keçməyimi tapşırdı. Dərslər barədə tələbələrə məlumat verdik və tələbələr də Quranı öyrənməyə razı oldular. Daha sonra Səid müəllim məni öz yerinə rəhbər təyin etdi. Mən fəaliyyətimi rəhbər kimi davam etdirdim. Hər tələbədən ayda nağd qaydada 150 manat alırdıq. Həmin pula görə tələbələr həm burada yataqla, həm də gündə 3 dəfə yeməklə təmin edilirdilər. Əsasən aztəminatlı ailələrin övladları yataqxanada qalmaq üçün müraciət edirdilər. Amma bütün hallarda 150 manata yataqxana və 3 dəfə qidalanma heç yerdə yox idi".

Yataqxanada dini ayinlərin təşkili məsələsinə gəlincə şahid bildirdi ki, o və həmkarları tələbələrə dini ayələr, Quran, əxlaq və təmizlik öyrətməkləri ilə yanaşı dini ayinləri həyata keçiriblər. "Tələbələr əsasən Quba, Xaçmaz, Şamaxı, Qax və Zaqatala rayonlarından idilər. Dini ayinlərdə istifadə etdiyimiz kitabların hamısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmişdi və açıq satışına icazə verilirdi. Dini tədris barədə heç bir qurumdan qeydiyyatdan keçməyərək, qeydiyyatsız fəaliyyət göstərirdik".

Prosesdə ifadə verən digər şahid İsmayıl Sərvərli isə bildirib ki, təqsirləndirilən Səid Mikayılovun Bakıxanov qəsəbəsində açdığı tədris mərkəzinin rəhbəri olub: "Bakı İslam Universitetini bitirib Türkiyədə dini təhsil aldıqdan sonra Bakı şəhərinə qayıtdım, Bakıxanov qəsəbəsində "süleyman camaatı"nın üzvü olan Anar Abdulkərimov adlı şəxslə tanış oldum. Onun rəhbərliyi atında fəaliyyət göstərən "Gənclərə Qayğı" İctimai Birliyində çalışmağa başladım. Bir müddətdən sonra Anar həmin mərkəzi bağladı və mənə təhvil verdi. Səid Mikayılov mənə həmin binada tədris mərkəzi açmağı təklif etdi. Mən onunla razılaşdım və şagirdlər üçün elan verdik. Hər şagirddən aylıq 150 manat məbləğində vəsaiti almaq şərtilə fəaliyyəti başladıq. Eyni zamanda Bakıxanov tədris mərkəzini yataqxana elədik və şagirdlər gecə də orada qalırdı, 3 dəfə qidalanma ilə təmin edirdik. Şagirdlərə ədəbiyyat, riyaziyyat və ingilis dilindən hazırlıq dərsləri keçirilirdi. Bunun üçün ayrıca müəllimləri də işə cəlb etmişdik. Amma onları müqaviləsiz işlədirdik ki, vergi ödəməyək. Mərkəzdə cəmi 3 nəfərlə müqavilə var idi. Mən və iki nəfər.

Qalanlar müqaviləsiz gizli işləyirdilər. "Bakıxanov" tədris mərkəzi yataqxana kimi qeydiyyatdan keçirilmişdir. Cəmi 5 tələbəmiz var idi. Onlardan aldığımız pulla həm işçilərin hər birinə 500-700 manat maaş verir, həm aylıq 300 manat binanın icarə haqqını ödəyir, həm də tələbələrin 3 dəfə qidalanmalarını təmin edirdik. Maddi çətinliyimiz yarandığı üçün tədris mərkəzinin girişinə nəzir qutusu qoymuşduq ki, oradan yığılan pullardan da yararlanaq".

Məhkəmədə ifadə verən digər şahid Elton Abdullayev bildirib ki, ötən ilin əvvəllərindən təxminən bir il müddətinə Binəqədidə yerləşən tələbə yataqxanasında müdir vəzifəsində çalışıb:

"Universitet tələbələri həftəiçi günlər yataqxanada qalırdı, həftəsonu və bayram günləri evlərinə qayıdırdı. İşlədiyim dövr ərzində 800-850 manat pul alırdım. İşim tələbələrə, müəllimlərə nəzarət etməkdən ibarət idi, proqramlarla işləyirdim. Müqəddəs və Elşad adlı müəllimlərimiz var idi. Onlar tələbələrə ərəb əlifbasını, Qurani-Kərimi keçirdilər. Onların dini təhsili olsa da, dini tədris üçün icazələri yox idi. Biz yataqxanada qalan tələbələrə namaz qılınması qaydalarını öyrədir və dini ayinləri birlikdə icra edirdik.

Şahidin sözlərinə görə, tələbələr yataqxanaya 150 manat ödəniş edirdilər. Yataqxanada da təxminən 17-18 tələbə qalırdı. Həmin puldan işçilərin pulu, kirayə pulu (1100 manat) yataqxananın digər xərcləri ödənilirdi:

"Bu pullar yetmirdi, Səid Mikayılovun məsləhəti ilə biz yataqxana daxilində sədəqə qutusu qoymuşduq. Ora atılan pullar da bizə kömək edirdi. Oraya pulları ya tələbələr, ya tələbələri ora gətirən valideynlər, valideynlərlə gələn başqa şəxslər atırdı".

Şahid bildirib ki, dini təhsilini ilk dəfə 1992-ci ildə uşaq yaşlarında Qəbələ rayonunun kəndlərində Farrux Öztürk adlı şəxsdən alıb:

"2009-2010-cu ildə Türkiyədə təhsil almışam, qayıtdıqdan sonra bir il Səidlə tanış oldum, bir il Bakıxanov təhsil mərkəzində çalışdım. Sonra "Sədərək" Ticarət Mərkəzində məsciddə axund olmuşam. Məni ora Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təyin etməyib, amma yoxlayıb, orada çalışdığımı bilirdilər. Orada işdən çıxandan sonra Səidə iş axtardığımı dedim. Onun köməkliyi ilə Binəqədidə yataqxanada müdir vəzifəsində çalışdım. Oturub dualar etmişik, söhbətlər aparmışıq. Biz kitabları "Fəzilət" nəşrindən alırdıq. Çünki nəşrin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icazəsi var idi".

Məhkəmə digər şahidlərin ifadəsi ilə 30 sentyabrda davam edəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Sentyabr 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri