Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Azyaşlıların zorakılığa meyli cəmiyyət üçün ciddi siqnaldır” Ekspert

“Azyaşlıların zorakılığa meyli cəmiyyət üçün ciddi siqnaldır” Ekspert

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Binəqədi rayonu ərazisində yerləşən "İdrak" liseyində baş vermiş hadisə təkcə ağır cinayət faktı deyil, eyni zamanda cəmiyyət üçün ciddi bir siqnaldır. Bir neçə gün əvvəl Hacıqabulda 12 yaşlı uşağın digər azyaşlıya bıçaqla xəsarət yetirməsi, bu gün isə 10-cu sinif şagirdinin müəllimə odlu silahdan atəş açması artıq təsadüf hal kimi qiymətləndirilə bilməz. Hadisələrin coğrafiyası və forması fərqli olsa da, mahiyyət eynidir: yetkinlik yaşına çatmayanların zorakılığa meyllənməsi faktı ortadadır".

Milli.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli bildirib ki, müəllimlə şagird arasında hansı səbəbdən gərginliyin yaranması mahiyyəti dəyişmir: "Problemin əsas qayəsi şagirdin etiraz və reaksiya formasıdır. Mübahisənin odlu silahdan istifadə səviyyəsinə çatması dərin sosial-psixoloji deformasiya göstəricisidir. Bu cür davranış modelləri təsadüfən formalaşmır. Heç bir şübhəm yoxdur ki, belə hallar sosial şəbəkələrin və rəqəmsal platformaların uşaqlar üzərində artan neqativ təsiri fonunda meydana çıxır".

Ekspert qeyd edib ki, süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış və sosial şəbəkələrdə kütləvi şəkildə yayılan qısa videoçarxlar - reels, shorts və s. uşaqlara hər gün yüzlərlə zorakılıq, silah, kriminal həyat tərzi və aqressiv davranış nümunələri təqdim edir. Nəticədə zorakılıq adi, qəhrəmanlıq isə silah və güc üzərindən təqdim olunan davranış modelinə çevrilir.

"Doğrudur, "Facebook", "YouTube" kimi iri platformalar azyaşlıların zərərli məzmundan qorunması üçün müəyyən mexanizmlər tətbiq edirlər, 12-13 yaşdan aşağı uşaqların hesab açmasını formal olaraq məhdudlaşdırmağa çalışırlar. Valideyn nəzarəti alətləri də mövcuddur. Lakin bu tədbirlərin effektivliyi ciddi sual altındadır. Bir valideyn öz övladına məhdudiyyət tətbiq etsə belə, həmin uşağın dostunun telefonundan, yaxud başqa platformalar vasitəsilə eyni məzmuna çıxış əldə etməyəcəyinə heç bir təminat yoxdur. Yaxud, uşaqların 13-16 yaş baryerini anonim profillərlə aşmayacaqlarına da təminat yoxdur.

Üstəlik, məsələ təkcə "Facebook" və "YouTube"la bitmir. Dünyada sayı 200-ü ötmüş sosial şəbəkə və video-paylaşım platforması fəaliyyət göstərir. Onların böyük əksəriyyətində yaş filtrləri formal xarakter daşıyır və faktiki olaraq işləmir. Pornoqrafik materiallar, silah nümayişləri, kriminal çağırışlar, qanunsuz oyunlar və zorakı davranışlar heç bir real nəzarət mexanizmi olmadan tirajlanır. Bu isə psixoloji cəhətdən formalaşmaqda olan uşaqlar üçün birbaşa təhlükədir.

Qeyd etmək lazımdır ki, baş verən faciələr Azərbaycan cəmiyyəti üçün uzun müddət xarakterik olmayıb. Güclü ailə institutu, mənəvi bağlar, ictimai nəzarət, ölkədəki sabitlik və nizam-intizam bu cür halların kütləviləşməsinin qarşısını ala bilib. Lakin qlobal rəqəmsallaşma və nəzarətsiz sosial media mühiti bu balansı sürətlə pozur. Əgər vaxtında və sistemli tədbirlər görülməzsə, bu tip hadisələrin artacağı şübhə doğurmur", - deyə o vurğulayıb.

Müşfiq Ələsgərli bildirib ki, dünya təcrübəsi bunu açıq şəkildə göstərir: "Bənzər problemlərlə üzləşən bir sıra ölkələr artıq qabaqlayıcı tədbirlərə keçiblər. Avstraliya bu sahədə qlobal nümunə hesab olunur. Ölkədə uşaqları sosial şəbəkələrin zərərli təsirindən qorumaq üçün qanunvericilik sərtləşdirilib, platformalarda hesab açmaq üçün mərhələli yaş təsdiqi mexanizmləri tətbiq edilib, sosial şəbəkə idarəçilərinin üzərinə ciddi hüquqi öhdəliklər qoyulub. Fransa, İspaniya, İtaliya da bənzər modellər yaradıblar. Avropa İttifaqı səviyyəsində də oxşar istiqamətdə vahid qanunvericilik aktı hazırlanır və bu sənədin yaxın vaxtlarda qəbul ediləcəyi bildirilir".

Ekspertin fikrincə, bu çağırışlar Azərbaycan üçün də aktualdır: "Baş verən hadisələr lokal insident kimi deyil, sistemli təhlükə kimi qiymətləndirilməlidir. Uşaqları sosial şəbəkələrin təhlükəsindən qorumaq üçün həm qanunvericilik bazası gücləndirilməli, həm sosial şəbəkə platformaları üzərində real nəzarət mexanizmləri yaradılmalıdır. Xüsusilə, 16 yaşına çatmayan şəxsləri sosial şəbəkələrin neqativlərindən qorumaq üçün hüquqi mexanizmlər yaradılmalıdır. Əks halda, bu gün istisna kimi görünən hadisələr sabah təhlükəli tendensiyaya çevrilə bilər. Cəmiyyətin təhlükəsizliyi isə ilk növbədə uşaqların psixoloji və mənəvi təhlükəsizliyindən başlayır".

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Fevral 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see303

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see300

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see278

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see275

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see254

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see251

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see242

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see236

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see234

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see230

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see227

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see217

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see208

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see204

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see203

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see190

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see187

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see182

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see182

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri