Icma.az
close
up
RU
“B 2 lər Fordo” nu vuracaqmı? Ardıcıl bombalar atmaq lazım gələcək

“B 2 lər Fordo” nu vuracaqmı? Ardıcıl bombalar atmaq lazım gələcək

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İsrail və İran arasındakı müharibə artıq birinci həftəsini tamamlayıb. 

İsrail ordusu ABŞ-nin tanker təyyarələrinin də köməyi ilə, başda Tehran olmaqla bir çox şəhəri "F-35" təyyarələri ilə bombalamağa davam edərkən, İran da ballistik raketləri ilə İsrailə qarşı hücumlarını davam etdirir. Müharibə hazırda qarşılıqlı hücumlarla məhdudlaşmış vəziyyətdə olsa da, İsrail hökuməti bu dövrü ABŞ-ni müharibəyə müdaxilə etməyə inandıraraq pozmağa çalışır.

İsrail xüsusilə Qum şəhərinin yaxınlığında bir dağın altına inşa edilən "Fordo" nevə mərkəzini məhv etməyi planlaşdırsa da, bu məqsəd üçün əlində lazımi bir bomba yoxdur.


Ekspertlər İranın yerin 80-90 metr altında inşa etdiyi bu strateji uran zənginləşdirmə mərkəzini yalnız ABŞ-yə aid 13 ton 600 kiloluq "GBU-57/B" bombasının vurabiləcəyini iddia edir. Bu sığınacaq əleyhinə bomba yalnız "B-2" Spirit tipli Amerikan bombardman təyyarələri tərəfindən daşına bilir. Bu isə İsrailin İranda məqsədinə çatması üçün ABŞ-nin müharibəyə daxil olmasının lazım olduğunu göstərir.

"MOP" bombası partlamamışdan əvvəl yer altında irəliləyərək yerin dərinliklərindəki sərt zəmin və beton quruluşlarını məhv etmək üçün dizayn edilib. Bu bomba hədəfin 61 metr dərinliyinə qədər nüfuz edib sonra partlayaraq böyük dağıntılara səbəb olur. "Fordo" mərkəzinin tam dağıdılması üçün ardıcıl olaraq bir neçə bombanın atılması lazım olacaq. 


İsrailli rəsmilər İranın nüvə proqramına son vermək üçün hücum planlarında "Fordo"nun yer aldığını bildirib. İsrailin Vaşinqtondakı səfiri Yexiel Leiter də "Fox News"-a verdiyi müsahibədə, “Bu əməliyyatın tamamlanması Fordonun məhv edilməsi ilə nəticələnməlidir”, - deyə bildirib. Məlumatlara görə, hazırda bu bombaları yalnız ABŞ-nin "B-2" bombardman təyyarələri daşıya bilir. "B-2" təyyarəsinin təxminən 27,200 kq ağırlığında iki "MOP" bombası ilə sınaqdan keçirildiyi məlumdur. 

Xarici KİV-lərdə yer alan xəbərə görə, mart ayında ən azı üç "B-2" təyyarəsi Hind Okeanında yerləşən Dieqo Qarsia adasındakı hərbi bazaya yerləşdirilmişdi. İranın ən uzun məsafəli ballistik raketləri 2000 kilometrə qədər uçsa da, Dieqo Qarsia ilə İran arasındakı məsafə təxminən 3795 kilometrdir.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyun 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see164

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see152

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see148

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see147

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see146

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see146

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see144

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see139

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see139

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see137

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see137

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see134

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see134

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see133

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri