Icma.az
close
up
RU
Baba Rza qovuldu, Məhəmməd devrildi, bu da bala Rza...

Baba Rza qovuldu, Məhəmməd devrildi, bu da bala Rza...

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran şahlığına iddia edən Rza Pəhləvi öz aləmində zadəgan soy-kökünü əsaslanıb bu eşqə düşüb. Halbuki onu və atalarını İran xalqı qarşısında dili gödək edən əsas səbəb soylu bir ailədən gəlməmələridir.

Kult.az xəbər verir ki, bu sözləri politoloq Heydər Oğuz qeyd edib.

O xatırladıb ki, Rza Pəhləvinin babası Rza şah 1925-ci ildə ingilislərin köməyi ilə Qacar xanədanlığını devirib indiki İranın başına keçmişdi:

“Amma bütün hakimiyyəti dövründə ən çox əziyyət çəkdiyi məsələ İran xalqı tərəfindən legitim şah kimi tanınmaması olmuşdu. Bunun səbəbi isə İranın türk xanədanlıq qaydaları ilə idarə edilməsi idi. Türk törəsinə görə əsli-kökü Alpər Tonqaya (Mete) və ya Çingiz xana bağlanmayan heç kim xaqan (şah) ola bilməzdi. Məhz bu səbəbdən də hakimiyyətə gəldikdən sonra fars milliyyətçiliyini ideoloji silahına çevirən Pəhləvi sülaləsini öz soy-kökünü e.ə. 558 - e.ə. 330-ci illərdə İran ərazisində hökmdarlıq etmiş Əhəmənilər xanədanlığına bağlamağa çalışırdı. Amma bu iddiaları da xalq tərəfindən ciddi qarşılanmırdı.

Təsadüfi deyildi ki, şahzadə Rzanın babası Rza öz sülaləsinin legitimlik məsələsini həll etmək üçün oğlu Məhəmmədi Misir şahzadəsi Fevziyə xanımla evləndirmişdi. Evlənərkən 18 yaşını yenicə tamamlamış Fevziyə xanım bu mehtər tayfasının ona layiq olmadığını anladıqdan sonra boşanmağa qərar verdi və əri Məhəmməd hökmdar tacını başına qoyduqdan sonra ondan ayrılmağa qərar verdi. Uzun çək-çevirdən sonra o, nəhayət 1945-ci ildə İrandan qaçıb Misirə getdi. 1948-ci ildə isə öz arzusuna qovuşdu – Məhəmməd Rza şahdan ayrıldı.

Məhəmməd şahın hakimiyyətə gəlməsi də bir təsadüfə bağlı idi. İkinci dünya savaşında ata Rza alman faşizminin yanında yer aldığı üçün 1941-ci ildə ingilislər və ruslar İranı işğal etmiş və onun arxasına bir təpik vurub öz ölkəsindən qovmuşdular, yerinə isə oğul Məhəmmədi gətirmişdilər. Bu gün zadəgan söy-kökündən dəm vuran nəvə Rza unudur ki, babası taxt-tacından qovulduqdan sonra ingilislər onu Bəndər-Abbas limanında gəmiyə “yükləyib” (mindirib) özləri ilə Mavriki adasına apardılar. Rza şah Hind okeanının bu kiçik adasında öyrəşmədiyi tropik iqlim səbəbindən xəstələndi. Çox xahiş-minnətdən sonra ingilislər onun Cənubi Afrikanın Yohannesburq şəhərində ömrünü başa vurmasına razılıq verdilər. Rza şah 26 iyul 1944-cü ildə Yohannesburqda kimsəsiz vəziyyətdə öldü. Həkimlər onun ölüm səbəbinin həzm pozuntusu olduğunu açıqladılar. Başqa sözlə, Pəhləvi xanədanının əsasını qoyan baba Rza ömrünün sonlarında düz-əməlli yemək də yeyə bilmirdi.

Bəs, ömrünü Afrikanın ən uc nöqtəsində tamamlayan Rza şah niyə faşist Almaniyasını müdafiə edirdi?

Çox bəsit bir səbəbə görə. Onun Hitlerin tərəfində yer alması da əslində mənəvi legitimlik qazanmaq kompleksi ilə birbaşa əlaqəli idi. Məsələ burasındadır ki, Adolf Hitler arilərin üstün bir irq olduğunu iddia edirdi. Rza şah da farsların əcdadlarını arilərə aparıb çıxarır, fazişmdən ilham alaraq İranın incə damarlarına qədər işləmiş türk törəsinin ali soy-kök nəzəriyyəsinə qarşı ari irq cəfəngiyyatını irəli sürürdü. Üstəlik, bu cəfəng nəzəriyyə ilə "tam müstəqil İran" arzularını gerçəkləşdirmək və ingilislərin boyunduruğundan qurtulmaq istəyirdi. Onun bu arzuları həyatını da məhv etdi. Belə ki, II Dünya savaşında Almaniyaya qarşı Rusiya ilə ittifaq quran Böyük Britaniya ona hərbi yardımları İran üzərindən çatdırmağa çalışırdı. Rza şah isə heyranlıq duyduğu Almaniyaya bu xəyanəti etmək istəmir və tərəfsizliyini bəhanə gətirirdi. Halbuki o, Qacariyyə dövlətinin ən seçkin hərbi birləşməsinə komandanlıq etməsi, dolayısıyla Əhməd şah Qacarı devirmək platforması qazanmasını Rusiyaya, hakimiyyətə gəlməsini və taxtında möhkəmlənməsini isə ingilislərə borclu idi. Faktiki olaraq iki mühüm himayədarının əleyhinə faşist Almaniyasına sığınması özü-özlüyündə ən böyük xəyanət idi və bunun bədəlini çox ağır ödədi”.

Politoloq vurğulayıb ki, atasının yerinə gələn Məhəmməd Rza Pəhləvi də atası kimi legitimlik arayış içində qalmışdı:

“Soy-kökünü dəyişdirmək imkanı olmadığından çarəni zadəgan bir xanımla evlənməkdə görürdü. Yeri gəlmişkən, evlilik vasitəsilə zadəganlaşmaq da türk törəsinin İran siyasi iyerarxiyasına qazandırdığı bir təcrübə idi. Məlum olduğu kimi, böyük türk komandanı Əmir Teymur da ali bir ailədən gəlməmiş və öz legitimlik məsələsini Çingiz xan tayfasından olan bir qadınla evlənməklə həll etmişdi. Və bu səbəbdən də özünə Kürəkən (Gürkan) təxəllüsünü götürmüş, ömrünün sonuna qədər “xan” ünvanını yaxına buraxmamış, özünü “əmir” kimi təqdim etmişdi. Oğul Məhəmməd şah da Əmir Teymurun bu metodunu mənimsəmək yolunu tutmuş, ilk əvvəl Misir şahzadə ilə ailə həyatı qurmuşdu. Amma Fevziyə xanım bu mehtər balasını bəyənməyib ondan ayrılandan sonra özünə uyğun qadın axtarmaq səyləri yenidən başlamışdı. Məsələ burasında idi ki, Fevziyə xanımdan onun bir qızı (Şahnaz) dünyaya gəlmişdi və İran siyasi ənənələrinə görə qızını öz siyasi varisi elan edə bilməzdi.

Xeyli axtarışdan sonra 1951-ci ildə axır ki, öz qismətini buldu. Bu, İranın zadəgan ailəsinin mənsubu Sürəyyə İsfəndiyari Bəxtiyari idi. Di gəl ki, soysuz şahzadənin bu dəfə də bəxti gətirməmişdi. Sürəyyə xanım sonsuz çıxmışdı. Nəticədə 1958-ci ilə qədər davam edən bu evlilik soysuz şahzadənin ailəsinin təzyiqi ilə sona çatmışdı.

Məhəmməd yenidən xanım axtarışına girişmiş və 1959-cu ildə İran-türk soylu ailəsində dünyaya göz açmış Fərəh Diba ilə evlənmişdi. Fərəh xanım özünə təkcə həyat yoldaşı deyil, həm də soy-kök axtaran Rza şaha 4 övlad bəxş etmişdi. Bunlardan biri şahzadəlik eşqinə düşən hazırkı Rza, digərləri isə Fərəhnaz, Əli Rza və Leyladır. (Məhəmməd Rza şah da İslam İnqilabı ilə devrilmiş və mühacirətdə ağır xəstəlikdən ölmüşdü – red.).

Bəs, özünü zadəgan ailənin varisi hesab edən nəvə Rzanın digər qardaş və bacıları indi nə işlə məşğuldurlar?

Böyük bacısı Fərəhnaz barədə hansısa məlumat tapa bilmədim. Kiçik bacısı Leyla isə 2001-ci ildə Londonda aşırı dozada narkotik qəbul etdiyi üçün ölüb. Dünyasını dəyişəndə onun 31 yaşı vardı. Kiçik qardaşı Əli isə 2011-ci ildə ABŞ-da özünü güllələyərək dünya ilə vidalaşıb.

Bir sözlə, Məhəmməd şahın belindən gələnlərin taleyi də ata və babaları kimi ürəkaçan olmayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://axar.az
archiveBu xəbər 12 Yanvar 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see257

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see249

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see240

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see237

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see225

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see225

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see222

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see219

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see214

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see210

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see209

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see204

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see191

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see188

Zamiq Əliyev oynadı, Eqnatiya ya ardıcıl üçüncü qələbəsini qazandı

05 Sentyabr 2026 02:21see186

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see183

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see183

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see182

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see175

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri