Icma.az
close
up
RU
Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” EKSKLÜZİV

Baba Vəziroğlu QƏZƏBLƏNDİ: “Hələ Rasim Balayevin torpağı yaşdır, ayıbdır!” EKSKLÜZİV

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Baba Vəziroğlu Xalq artisti Şeyx Əbdül Mahmudbəyovun onun ünvanına səsləndirdiyi fikirlərə cavab verib.
B. Vəziroğlu bu barədə Bizim.Media-ya danışıb.
O, ittifaqın mərhum sədri – Xalq artisti Rasim Balayevin vəfatından qısa müddət keçdiyini və belə bir vaxtda Qurultayla bağlı müzakirələrin aparılmasını düzgün hesab etmədiyini söyləyib:
“Mən rəsmi açıqlama vermişəm. onu şərh edənlərə şərh verməyəcəyəm ki... Demişəm ki, böyük sənətkarımız Rasim Balayevin torpağı soyumamış bu söhbətləri etmək ayıbdır. İttifaq üzvlərinin əksəriyyəti onunla çörək kəsib, dostluq edib, yekdilliklə sədr seçiblər. Hələ 3 gün keçməyib, torpağı istidir, sədr, qurultay söhbəti etmək insanlığa, Azərbaycançılığa yaraşmır.
Hər qurumda olduğu kimi, bu və ya digər səbəbdən vəzifəsini icra edə bilməyən sədrin səlahiyyətləri birinci müavinə həvalə olunur. Bizim birinci katibimiz Şəfiqə Məmmədovadır. Onu əvəz edir. Qurultay çağırılması üçün bir müddət ötməlidir. Bunun üçün də səlahiyyətli orqanlar var, Kinematoqrafçılar İttifaqının katibliyi, İdarə Heyəti var. Onlar yığışıb qərara gəlirlər ki, qurultay keçirilsin, ya keçirilməsin, yeni sədrin namizədliyini versin.
Bu, katibliyin və İdarə Heyətinin səlahiyyətindədir. Bunun üçün də aylar keçə bilər, indi nə qaçaqovdur ki, deyək, tez qurultay çağırılsın? Nə hay-həşirdir? Kim nə şərh verirsə, öz düşüncəsi daxilində şərh verir. Mən kimi söymüşəm, kimi döymüşəm ki, əleyhimə şərhlər verirlər?! Sadəcə İttifaqın katibi kimi nizamnaməyə uyğun açıqlama vermişəm ki, vəziyyət belədir. Birinci katib kimi Şəfiqə Məmmədova sədrin səlahiyyətlərini icra edir. Maliyyə sənədləri var, böyük bir aparat çalışır, icraçı katib var, gündəlik məktublaşmalar, tədbirlərin təşkili var, bunlara icra edən insan imza atmalıdır”.
B. Vəziroğlu, həmçinin Şeyx Əbdülün “Vaxtilə Rasim Balayevin və Rüstəm İbrahimbəyovun imzası ilə onu ittifaqdan qovmuşdular” iddiasına münasibət bildirib:
“Bilmirəm, bu şərhi kim verib, mənə maraqlı deyil. Mən 30 ildir orada İdarə Heyətinin katibiyəm. Vaxt var idi, Rüstəm İbrahimbəyovun dövründə bütün işləri mən aparırdım, Rasim Balayev birinci katib idi. Bütün hər şeyə baxırdım. O şərh verənlərin çoxuna Fəxri adlar, mükafatlar verilməsində az da olsa, mənim də zəhmətim olub. Onlar üçün məktublar yazmışıq, qapılar döymüşük. İttifaqlar parçalanandan sonra məni katib kimi dəvət etdilər. Məndən başqa neçə katib var.
Bu söhbətlər mənə çatmır. Başqa vaxt deyərdim ki, kimsə gündəmə gəlmək üçün bunları edir. Amma hələ Rasim Balayevin, bizim dostumuzun, böyük şəxsiyyətin torpağı yaşdır, üstünə tökülən torpaq qurumayıb. Belə söhbətlər etmək ayıbdır. Yazıblar ki, qovublar? Normal insan yazardı ki, işdən çıxarıblar.
Bu küçə ifadələrini işlədən adamdan nə məntiq gözləyirsiniz? Yenə qeyd edirəm ki, ittifaq o vaxt Hökumət evində yerləşirdi, sədrimiz Rüstəm İbrahimbəyov idi. Mən o zamandan idarə heyətinin katibiyəm. Bir çox kinematoqrafçıların fəxri ad almasında, yubileylərinin təşkilində, təqaüdlərinin verilməsində katib kimi iştirak etmişəm. Hamıyla çörək kəsmişəm, söhbət etmişəm, mehriban münasibətimiz olub.
“Axırıncı aşırım” filmində Kərbalayi qan tərəfdarı olan Qəmloya deyir ki, adam yediyi duz-çörəyi tapdalamaz. Həmişə prinsipim budur ki, ən azından susmağı bacarıram. Nə vaxtsa qurultay olacaq, üzvlər kimi seçsə, kim səs çoxluğu qazansa, o da sədr olacaq. İndidən qırğın salmağın kimə nə xeyri və mənası var? Namizədlər saytlarda səslənmir, qurultayda irəli sürülür. İttifaqın üzvləri kimə səs versə, o da seçilir”.
İttifaqın katibi ona öz namizədi ilə bağlı sual verənlər haqqında isə bunları söyləyib:
“Məndən soruşurlar ki, sənin ürəyindəki namizəd kimdir? Cavab vermişəm ki, ürəyimdə Rasim Balayev idi, ona da səs vermişəm, yekdilliklə seçilib. İndi könlümdə heç kim yoxdur. Seçilən sədr mənimlə istəsə, işləyər, istəməsə də, ərizəmi yazıb, üzü sulu çıxıb gedərəm. Nə problem var? Beş günlük dünyadır. Dünən Balayevi dəfn ediblər, Fəxri xiyabandan ayrılmayıblar, amma qanmırlar ki, dünya beş gündür, özün üçün yaşa.
Özləri üçün yaşasalar, başqalarına quyu qazmağa, qeybət etməyə, söz-söhbət yaratmağa vaxtları olmaz. Heç olmasa beş günlük dünyanı özün üçün yaşa. Yoxsa, Mirzə Cəlil demiş, dörd gün bu vacib əməllərlə məşğulsan. Beşinci gün ayılırsan ki, artıq həyat bitdi, heç yaşamamısan ki... Ancaq başın belə işlərə qarışıb. Rəsmi açıqlama vermişəm. Qurultaya da hazırlaşmaq böyük işdir, bunun maliyyə məsələləri, yeri və sairə var. Qurultay “zırıltı” tədbirdir”.
Qeyd edək ki, Şeyx Əbdül Mahmudbəyov Baba Vəziroğlu haqqında Musavat.coma bunları söyləmişdi:
“Əvvəla, Baba Vəziroğlunun kinoya, Kino İttifaqına heç bir aidiyyəti yoxdur. O, orada sadəcə özü üçün mövqe qazanmağa çalışır, başqa sözlə desək, ‘daldalanır’. Əgər istəyirsə, getsin Bəstəkarlar və ya Yazıçılar İttifaqına üzv olsun. Onun kinodan danışmağa nə hüquqi, nə də mənəvi haqqı var. Vaxtilə Rasim Balayevin və Rüstəm İbrahimbəyovun imzası ilə onu ittifaqdan qovmuşdular. Sonradan yenidən ittifaqa qayıdıb və indi də çıxıb özü üçün bəyanatlar verir. İndi təzədən xeyir ola?”
Sara, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Aprel 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri