Babası bildiyi adam ATASI çıxdı
Icma.az, News24 portalına istinadən məlumat yayır.
İstanbulda yaşayan Aycan İmrənin həyatı boyu mənəvi babası olduğunu düşündüyü Enver Türkmen ölməzdən əvvəl atası olduğunu etiraf edib.
News24.az xəbər verir ki, Türkmənin ölümündən sonra İmre özəl xəstəxanada DNT testi etdirib və Türkmənin bioloji atası olduğunu sübut edərək məhkəməyə müraciət edib. Testi aparan özəl xəstəxananın hesabatı məhkəmədə qəbul olunmadıqdan sonra İmre və vəkili Türkmenin məzarının açılmasını istəyib.
Məhkəmə qəbrin açılması ilə bağlı müraciəti araşdırarkən məzarı şəxsiyyəti məlum olmayan şəxslər dağıdıb. Jandarmın araşdırmasından sonra məzarın qazılaraq dağıdıldığına dair hesabat hazırlanıb, İmre və vəkili isə Türkmənin sümüklərinin məzardan oğurlandığını iddia edib.
Atalıq davasında hüquqi mübarizəsini davam etdirən Aycan İmre də yenidən məhkəməyə müraciət edərək, Türkmənin sümüklərinin hələ də orada olub-olmadığını müəyyən etmək üçün məzarının açılmasını və atalıq işinin bu şəkildə yekunlaşdırılması üçün Türkmənin uşaqlarından DNT nümunələri götürülməsini tələb edib.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 09 Aprel 2025 16:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















