Babasından qalan mülkə görə əmisini xüsusi amansızlıqla öldürdü Lənkərandakı cinayətin TƏFƏRRÜATI
Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində doğma əmisini öldürməkdə təqsirləndirilən Elşən Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin qərarı ilə Elşən Hüseynzadə 17 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə Lənkəran rayonunun Vivlan kəndində baş verib. Kənd sakinləri Vəliağa Səbziyev və qardaşı Hüseynqulu ata evində məskunlaşıblar. Ataları vəfat etdikdən sonra Vəliağa kənd ərazisində özü üçün ayrıca ev tikdirsə də, ata evini də miras kimi öz adına rəsmiləşdirib. Buna baxmayaraq, ata yurdunda Hüseynqulu və onun ailəsi yaşamaqda davam edib.
Bir müddət sonra qardaşlar arasında mübahisə yaranıb və Vəliağa Hüseynqulunun ailəsinin həmin evdən çıxmasını tələb edib. Getməyə başqa evləri olmadığı üçün Hüseynqulunun ailəsi ata evini tərk etməyib. Bu səbəbdən iki qardaş arasında mübahisələr daha da kəskinləşib.
Ötən il mayın 29-da Hüseynqulu Hüseynzadənin oğlu Elşən əmisi Vəliağanı qətlə yetirməyə qərar verib. O, bu məqsədlə evdən mətbəx bıçağı götürərək axşam saatlarında kəndin örüş sahəsinə gedib. Elşən bilirmiş ki, əmisi həmin əraziyə mal-qarasının arxasınca gələcək və orada onu gözləməyə başlayıb.
Vəliağa heyvanlarını aparmağa gəldikdə Elşən onun qarşısını kəsərək mülkdən əl çəkməsini tələb edib. Nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən əmisi Vəliağaya 15 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
Hadisəni törətdikdən dərhal sonra Elşən Hüseynzadə rayon ərazisini tərk edərək Bakıya gəlib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, Hava Limanında saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və Elşən Hüseynzadə istintaqa təhvil verilib.(oxu.az)
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Parkinson olan əmisini pula görə öldürdü
07 Oktyabr 2026 14:11
Lənkərandakı qətlin TƏFƏRRÜATI: Əfsanə boşanmaq istəyib, lakin... FOTO
24 Avqust 2025 11:31
Qohumunu 14 bıçaq zərbəsi ilə öldürdü Dəhşətli cinayətin TƏFƏRRÜATI
01 İyun 2026 11:59
Lənkərandakı QƏTLİN TƏFƏRRÜATI: Qadının işində olan problemləri onun ailəsinə yansıyıbmış
20 Mart 2025 01:35
Həyat yoldaşı onu dəfələrlə bıçaqla hədələyib Lənkərandakı qətlin TƏFƏRRÜATI VİDEO
24 Avqust 2025 23:07
Baxış sayı:151
Bu xəbər 10 Fevral 2026 23:32 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları