Icma.az
close
up
RU
Babək Əliyev: Əminə çox utancaq qızdır, amma döyüş zamanı ikinci bir insana çevrilir

Babək Əliyev: Əminə çox utancaq qızdır, amma döyüş zamanı ikinci bir insana çevrilir

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Çin döyüş növləri assosiasiyasıyıq - Vin Çun, uşu, kunq-fu bir yerdədir. Hər dörd ildən bir Gənclərin Olimpiya Oyunları təşkil olunur. Əminə də hələ yeniyetmədir. Əgər bu idman növünə davam etsə və yarışlara qatılsa, bir neçə il sonra olimpiadada iştirak edə bilər".

Bunu Oxu.Az-a müsahibəsində Prezident İlham Əliyevin İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan nəvəsi Əminə Əliyevanın şəxsi məşqçisi Babək Əliyev deyib.

- Əminənin kunq-fuya başlaması necə oldu? Onu bu idman növünə nə cəlb etdi?

- Mən Əminənin qardaşı Əlinin də məşqçisiyəm. Mənim döyüşlərimə baxdıqdan sonra Əminədə kunq-fuya həvəs yarandı. Sonradan bu idman növündə çıxış etmək istədiyini bildirdi.

- İlk məşqləriniz necə keçirdi?

- Məşqlərə hər zaman ciddiyyətlə yanaşırdıq. Bu səbəbdən də qısa müddətdə nailiyyət əldə etdik.

- Əminədə hansı potensialı gördünüz?

- Onun özündə döyüşkənlik var. Dəfələrlə bunu özünə bildirmişəm. Çox utancaq qızdır, amma döyüş zamanı ikinci bir insana çevrilir. Bunun sübutu kimi - hazırlıq zamanı eyni çəkidə, yaşda olan dünya çempionu olan idmançılarla döyüşdüyü zaman nəyə qadir olduğunu gördük.

- Yetirmənizi digər idmançılardan fərqləndirən əsas cəhətlər hansılardır?

- İdmançı xarakteri. Məğlub olmağı qətiyyən sevmədiyi üçün məşqlərdə daha çox çalışır.

- Onun ən güclü və inkişaf etdirilməsi lazım olan tərəfləri nələrdir?

- Dünya çempionluğu başlanğıcdır. Daha öncə karate ilə məşğul olub. Hətta taekvondo məşqləri də keçmişik. Əsas məsuliyyəti də üzərimə götürdüm və çempion olması üçün çalışdıq. Dərsləri ilə birlikdə idmana davam etməsi medal qazanmasına mane ola bilərdi. Çünki oxumaq enerjini çox alır və məşqlərimiz də ağır keçirdi. Əminə isə həm dərslərini, həm də məşqlərini çatdırdı. Özündən yaşca böyük idmançılarla qumluqda kilometrlərlə yol qaçırdı. Yaşı az olduğundan bəzi hallarda dayansa da, yenidən qaçmağa davam edirdi.

Milli komandaya dəvət olunduqdan sonra bütün nəzarəti üzərimə götürdüm. Çünki məşqlərimiz ağır keçirdi. Hətta bunun fəsadları da ola bilərdi, biz isə fəsadların olmaması üçün çalışırdıq.

- Əminə açıqlamasında olimpiya çempionu olacağını qeyd etdi. Bu idman növü isə olimpiya oyunlarına daxil deyil...

- Çin döyüş növləri assosiasiyasıyıq - Vin Çun, uşu, kunq-fu bir yerdədir. Hər dörd ildən bir gənclərin olimpiadası təşkil olunur. Uşu rəsmi olaraq ilk dəfə Dakar-2026 Gənclərin Olimpiya Oyunlarının proqramına daxil olacaq. Bu qərarı Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci il yanvarın 8-də verib. Əminə də hələ yeniyetmədir. Əgər bu idman növünə davam etsə və yarışlara qatılsa, bir neçə il sonra Gənclərin Olimpiya Oyunlarında iştirak edə bilər. Olimpiya çempionu olmasını çox istəyərik, lakin olimpiadaya qədər keçiriləcək döyüşləri də medalla başa vursa belə, bu çox yaxşı göstərici olacaq.

Qeyd edək ki, Babək Əliyev kunq-fu üzrə dünya çempionu adını qazanan ilk azərbaycanlı olub. O, doqquzqat dünya çempionu adına yiyələnib, beş dəfə isə dünyanın ən yaxşı texnikalı məşqçisi seçilib.

Anar Həsənov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 May 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri