Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Naxçıvan, 28 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Babək Rayon Mərkəzi Xəstəxanasına yeni tibbi avadanlıq təqdim olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, xəstəxanaya verilən süni intellektdəstəklı ultrasəs sistemi (EXO) müasir texnologiyalara əsaslanaraq diaqnostik imkanların genişləndirilməsinə, müayinə keyfiyyətinin artırılmasına və xəstələrə göstərilən tibbi xidmətlərin daha da təkmilləşdirilməsinə xidmət edəcək. Bu cür müasir tibbi avadanlıqların xəstəxanalara verilməsi əhalinin sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətlərin əlçatanlığının artırılması istiqamətində atılan mühüm addımlardandır.
Müxbir- Nail Əsgərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 28 Aprel 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















