Icma.az
close
up
RU
Babək rayonunda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir

Babək rayonunda müasir suvarma sistemlərinin tətbiqi genişləndirilir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Naxçıvan, 8 avqust, AZƏRTAC

Babək rayonunda kənd təsərrüfatı sahəsində suvarma problemlərinin aradan qaldırılması və su ehtiyatlarından daha səmərəli istifadə olunması məqsədilə müasir suvarma texnologiyalarının tətbiqi genişləndirilir. Hazırda rayon ərazisində 101 kilometr uzunluğunda beton, 152 kilometr torpaq kanal və 149 kilometr qapalı suvarma sistemi mövcuddur. Damcı və çiləmə üsulları kimi suya qənaət edən texnologiyalardan istifadə isə aşağı səviyyədədir.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu barədə nazirliyin reallaşdırdığı “Səmərəli su, güclü kənd təsərrüfatı” layihəsi çərçivəsində Babək Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə məlumat verilib.

Bildirilib ki, Babək rayonu kənd təsərrüfatı baxımından böyük potensiala malikdir. Bu potensialdan tam istifadə etmək üçün suvarma sistemlərinin müasir tələblərə uyğunlaşdırılması zəruri sayılır. Qeyd olunub ki, rayon ərazisində ümumilikdə 31 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahəsi var və bu sahələrin 14 min 486 hektarı suvarılan ərazilərdir.

Qeyd olunub ki, qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən muxtar respublikaya müasir suvarma avadanlıqları gətiriləcək və bu avadanlıqlar fermerlərə güzəştli şərtlərlə təqdim olunacaq. Mexanizmə əsasən, yerli istehsal olan suvarma sistemlərinin maya dəyərinin 60 faizi, xarici istehsal sistemləri üçün isə 40 faizi dövlət tərəfindən qarşılanacaq. Fermerlər ümumi məbləğin yalnız 20 faizini ilkin ödəniş kimi verəcək, qalan məbləği isə aylıq hissələrlə geri qaytarmaq imkanı əldə edəcəklər. Bu təşəbbüs su ehtiyatlarına qənaət edilməsinə və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına mühüm töhfə verəcək.

Tədbir çərçivəsində müasir suvarma sistemlərinin üstünlüklərindən bəhs edən videomaterial nümayiş olunub, mütəxəssislər tərəfindən bu texnologiyaların ənənəvi suvarma üsulları ilə müqayisəli təhlili aparılıb. Eyni zamanda, iştirakçılarla birgə müzakirələr keçirilib, fermerlərin təklif və tövsiyələri dinlənilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri