Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Naxçıvan, 16 sentyabr, AZƏRTAC
“Azərişıq” ASC-nin Naxçıvan RETSİ tərəfindən 2025-2026-cı illər payız-qış mövsümünə hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına uyğun olaraq təmir-bərpa işləri aparılacaq.
“Azərişıq” ASC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Nehrəm qəsəbəsində yerləşən 35/10 kV-luq “Nehrəm” yarımstansiyasını qidalandıran 35 kV-luq "Nehrəm" hava elektrik verilişi xətti təmir olunduğundan 10 kV-luq “Nehrəm-1”, “Nehrəm-2”, “Nehrəm-3” və “Nehrəm-4” hava xətlərində gərginlik olmayacaq.
Bu səbəbdən bu gün saat 13:00-dan 14:00-dək Nehrəm qəsəbəsi, həmçinin Güznüt və Çeşməbasar kəndlərinin elektrik təchizatında fasilə yaranacaq.
Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda mərhələli təmir işləri nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 16 Sentyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















