Babəkdə ailənin üçəm sevinci yaşanıb
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Babək rayonundan Naxçıvan Perinatal Mərkəzə müraciət edən hamilə qadın hamiləliyinin 30-cu həftəsində üçəm dünyaya gətirib.
XQ xəbər verir ki, körpələrdən ikisi oğlan, biri isə qızdır. Onlardan biri 1100, digəri 900, üçüncüsü isə 800 qram çəki ilə doğulub. Hamiləliyin vaxtından əvvəl başa çatması ilə əlaqədar hər üç körpədə ekstremal az doğum çəkisi, ağciyərlərin və həzm sisteminin gestasion yetişməməsi müşahidə olunub. Bu səbəbdən körpələr Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiya Şöbəsinə yerləşdirilərək müvafiq müayinə, müalicə və xüsusi qulluqla təmin ediliblər.
Müalicə müddətində ağciyərlərin yetişməsini dəstəkləmək məqsədilə surfaktant terapiyası tətbiq olunub, tibbi göstərişlərə uyğun olaraq tənəffüs və oksigen dəstəyi təmin edilib. Körpələrin vəziyyəti küvəz şəraitində, davamlı monitorinq və fərdi qulluq əsasında izlənilib.
Aparılan müalicə və intensiv qulluq nəticəsində hər üç körpənin klinik vəziyyətində stabilləşmə əldə olunub. Hazırda körpələrin vəziyyəti kafi və stabildir. Bu gün isə körpələr tibbi nəzarətin davam etdirilməsi məqsədilə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüblər.
Qeyd edək ki, hamiləliyin idarə olunması və qeysəriyyə əməliyyatı ginekoloq Bəhriyyə İsmayılova, körpələrin müalicə prosesi isə neonatoloq Ülviyyə Vəliyeva tərəfindən həyata keçirilib.
Baxış sayı:71
Bu xəbər 12 Oktyabr 2026 15:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















