Icma.az
close
up
RU
Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bacadan gələn ölümcül TƏHLÜKƏ

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yay mövsümü başa çatır, qarşıdan soyuq günlər gəlir. Bir müddət sonra pəncərələr qapanacaq, evlərdə sobalar işə düşəcək. Lakin evlərimizi isitmək üçün açdığımız o kiçik qapılar, bəzən görünməyən bir təhlükəyə yol açır. Səssiz, görünməz və ölümcül dəm qazı hər mövsüm bizi gözləyir. Statistika göstərir ki, hər il dəm qazından zəhərlənmə halları artmaqdadır.
Mütəxəssislərin fikrincə, bu kimi halların əsas səbəblərindən biri tüstü bacalarındakı problemlərdir.
Son illərdə bu istiqamətdə hüquqi baza gücləndirilib. Qaz qurğularına, qaz xətlərinə, tüstü bacalarına, havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarının pozulmasına görə sərt cərimələr nəzərdə tutulur. Belə ki, qaydaları pozan fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər 1000-1500 manat, hüquqi şəxslər isə 2500-3000 manat məbləğində cərimələnə bilərlər.
Ölkə Prezidentinin "Qaz təchizatı haqqında" qanunun tətbiqi ilə bağlı bu yaxınlarda imzaladığı fərmanda da tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi qaydalarının hazırlanması tapşırılıb. Bəs, görəsən, ölkədə tüstü bacaları ilə bağlı ümumi vəziyyət necədir? Yeni qanun bu sahədə nəyisə dəyişəcəkmi?
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
40 ildən çoxdur təmizlənməyən bacalar var
Kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov ölkədəki tüstü bacalarının durumunu qənaətbəxş saymır. Onun sözlərinə görə, bəzi bacalar 40 ildən çoxdur ki, təmizlənmir:
"Bu sahədə problemlər kifayət qədərdir. Çünki tüstü bacalarını təmizləyən konkret qurum yoxdur. Bəzi podratçı şirkətlər bu işi öz üzərlərinə götürüblər. Amma təmizləmə ödənişli olduğundan hamının imkanı çatmır".
Ekspert vurğulayıb ki, qaz qurğularının tüstü bacaları mütləq kvartalda bir dəfə yoxlanılmalı və təmizlənməlidir:
"Çünki qaz yandıqca qurum yığılır və cihazların gözü tutula bilər. Ona görə bu, mütəxəssislər tərəfindən yoxlanmalıdır. Bunu əhali özü edə bilməz. "Kirpi" deyilən bir alət var, onu yuxarıdan aşağı buraxırlar. Təmizləndikdən sonra da tüstü bacasına məşəl yaxınlaşdırırlar. Əgər məşəl tüstü bacasının dəliyinə tərəf meyllənirsə, deməli, çəkir, əgər düz qalırsa və ya əks tərəfə vurursa, onda işləmir. Bu işlə ancaq peşəkarlar məşğul olmalıdırlar".
Qaz sobalarının istismar müddətinə də diqqət çəkən ekspert deyib ki, dördgözlü sobaların istismar müddəti 20, su qızdırıcılarının isə 10 ildir:
"Çox təəssüf ki, hələ də sovet dövründən qalan cihazlardan istifadə edilir. Bu, böyük riskdir. Dəm qazı yanma prosesinin natamam getməsi nəticəsində əmələ gəlir".
"Bacaların təmizliyi dövlət hesabına olmalıdır"
Yeni qanundan gözləntilərə toxunan N.Qasımov hesab edir ki, qaydalar hazırlanarkən bütün problemlər nəzərə alınmalıdır:
"Qaydalarda tüstü bacalarında və havalandırma xətlərində müayinənin keçirilməsi mexanizmləri daha detallı hazırlanmalıdır. Həm bacaların müayinəsinə, həm də təmizliyinə cavabdeh qurumlar konkret göstərilməlidir. Eyni zamanda, tüstü bacalarının təmizliyi dövlət hesabına nəzərdə tutulmalıdır. Bu halda hansısa irəliləyişdən danışa bilərik. Əks təqdirdə, qanun elə kağız üzərində qalacaq".
Bu sahədə müsbət dönüş yarana bilər
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, tüstü bacalarının təmizlənməsi yalnız fərdi evlər üçün deyil, çoxmənzilli binalar, restoranlar və digər iaşə obyektləri üçün də həyati əhəmiyyət daşıyır:
"Qaz yandıqdan sonra ayrılan tüstü mütləq bacalar vasitəsilə çölə çıxmalıdır. Əgər bacalar təmizlənməsə, orada yığılan yağ və toz yanğın təhlükəsi yaradır, natamam yanmaya səbəb olur və nəticədə dəm qazı əmələ gəlir. Bu, insan həyatı üçün birbaşa təhlükədir. İnsanların həyat və sağlamlığı üçün tüstü bacalarının təmiz saxlanılması vacibdir".
Ekspertin sözlərinə görə, bəzi evlərin bacaları illərlə təmizlənmir, sakinlər bunun vacibliyini anlamırlar:
"Əlbəttə, tüstü bacalarının təmizlənməməsi daha böyük bədbəxt hadisələrə gətirib çıxarır. Elə olur ki, tüstü bacalarının içərisində məişət tullantıları olur, quşlar yuva salır. Bu zaman tüstü bacası istifadəyə yararsız hala gələ bilər. İnsanlar özləri də bacalarını təmizləyə bilərlər. Amma ən doğru yol bu işi ixtisaslaşmış şirkətlərə həvalə etməkdir. Güman edirəm ki, yeni qanun bu istiqamətdə müsbətə doğru dəyişikliklər yaradacaq".
Sahibkarlar arasında məsuliyyət artsa da…
Tüstü bacalarının təmizliyi xidmətini təklif edən şirkətlərdən birinin direktor müavini Elvin Dadaşov isə qeyd edib ki, son illərdə sahibkarlar arasında məsuliyyətin artması hiss olunur, lakin hələ də bu məsələni ciddi qəbul etməyənlər çoxdur:
"Yanğın təhlükəsizliyi qaydalarının 7.3 bəndinə əsasən, isitmə mövsümü başlanmazdan qabaq tüstü bacaları qurumdan təmizlənməlidir. Eyni zamanda, bütün isitmə mövsümü ərzində qızdırıcı sobalar üçün üç ayda bir dəfə, dayandırılmamış sobalar və istilik qurğuları üçün iki ayda bir dəfə, mətbəx plitələri və başqa yeməksiz yandırılan sobalar üçün ayda bir dəfə təmizlik aparılmalıdır. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi tərəfindən aylıq yoxlamalar keçirilir. Qaydalara əməl olunmadıqda cərimələr tətbiq edilir. Ona görə də sahibkarlar son illər sözügedən məsələdə daha məsuliyyətli davranmağa başlayıblar".
Baca təmizliyində icbarilik tələbi
Şirkət təmsilçisinin sözlərinə görə, əhali qrupu abonentlərdən tüstü bacalarının təmizlənməsi ilə bağlı sifarişlər nadir hallarda gəlir:
"Çünki onlara nəzarət edən Mənzil Kommunal İstismar Sahələridir. Ara-sıra 10-15 sifariş gəlir. Biz də həmin sifarişləri qəbul edib təmizliyi aparırıq. Sifarişlər yalnız sovet dövründə tikilən binalardan daxil olur. İndiyədək yeni tikililərdən hər hansı sifariş götürməmişik. Əhalidən tüstü bacalarının təmizlənməsi üçün gələn sifarişin minimum qiyməti 100 manat, sahibkarlardan gələn sifarişin qiyməti isə 150 manat olduqda həmin sifarişi qeydiyyata alırıq". Elvin Dadaşov vurğulayıb ki, yeni qanunvericilik bazasında bu işlərin icbari şəkildə aparılması öz əksini taparsa, dəm qazı təhlükəsini minimum həddə endirmək mümkün ola bilər.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see319

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see285

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see265

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see265

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see253

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see243

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see223

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see221

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see218

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see207

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see203

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see202

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see201

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see198

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see194

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see194

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see189

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see177

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see169

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri