Icma.az
close
up
RU
Bacarıqdan peşəyə layihəsinin yekun təlimi keçirildi

Bacarıqdan peşəyə layihəsinin yekun təlimi keçirildi

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Cebheinfo.az" Sosialmedia.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Bacarıqdan Peşəyə, Peşədən Məşğulluğa” layihəsi çərçivəsində 16-cı və yekun kulinariya təlimi keçirilib.

Layihə çərçivəsində keçirilən sonuncu təlimdə iştirakçılara ev şəraitində çöp şiş kababının və yay salatının hazırlanması öyrədilib.

Təlimçi Xatirə Xudadarova tərəfindən iştirakçılara çöp şiş kababının hazırlanması zamanı istifadə olunan məhsulların düzgün seçilməsi, ətin marinadlanması, çöp şişə yerləşdirilməsi və bişirilmə qaydaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda yay salatının hazırlanması və süfrəyə estetik təqdim olunması üsulları da izah edilib.

İştirakçılar təlim zamanı bütün hazırlıq mərhələlərində fəal iştirak edərək əldə etdikləri bilik və bacarıqları praktiki şəkildə tətbiq ediblər.

Beləliklə, layihə çərçivəsində nəzərdə tutulan 16 kulinariya təlimi uğurla yekunlaşıb. Təlimlər müddətində iştirakçılar Azərbaycan, Şərq, Avropa, Türk və Yapon mətbəxlərinə aid müxtəlif yeməklərin hazırlanması üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Təlimlərin başa çatması ilə əlaqədar iştirakçıların əldə etdikləri bacarıqların qiymətləndirilməsi və onların əməyinin təşviq olunması məqsədilə sertifikatlandırma mərasiminin keçirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin peşə bacarıqlarının inkişaf etdirilməsi, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi, yeni məşğulluq imkanlarının yaradılması və əldə etdikləri peşə bacarıqlarından gələcəkdə gəlir mənbəyi kimi istifadə etmələrinə şərait yaradılmasıdır.

Layihə çərçivəsində keçirilən 16 təlim iştirakçıların kulinariya sahəsində bilik və bacarıqlarının artırılması ilə yanaşı, onların özünəinamının gücləndirilməsinə və peşə fəaliyyətinə hazırlıq səviyyəsinin yüksəldilməsinə də töhfə verib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Avqust 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see614

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see542

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see388

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see293

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see291

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see266

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see265

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see255

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see254

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see253

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see227

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see225

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see224

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see222

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see221

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see221

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see220

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see217

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see216

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri