Bacı qardaşın ölümünün detalları “Qoxudan içəri girmək olmurdu” +Video
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Xətai rayonunda 17 yaşlı Zeynəb Yaralıyeva və qardaşı 16 yaşlı Amin dəm qazından boğularaq ölüblər.
“Qafqazinfo” xəbər verir ki, işdən evə gələn ana iki övladının cansız bədənini aşkar edib.
Qonşular bildiriblər ki, əslən Qusar rayonundan olan ana iki övladı ilə 2 ilə yaxındır həmin ünvanda kirayədə qalırmış və yeniyetmələr məktəbli imiş:
“Anası özünü itirmişdi, çığırırdı. İçəri daxil olub tez pəncələri açdım. Uşağa kömək etmək istəyəndə gördüm ki, artıq gecdi, rəhmətə gedib. Qız da hamamda yıxılıb orada həyatını itirmişdi. Dəm qazının qoxusundan içəri girmək olmurdu. Burnumu tutub içəri girdim, 1 dəqiqədə gözüm yaşardı”.
Digər bir qonşu isə qeyd edib ki, yeniyetmələrin anası işdən gəlib, qapını döyüb və açan olmayıb:
“Qapını açanda isə görüb ki, belədir. Biri çarpayıda ölmüşdü, biri də hamam otağında. Anası çölə çıxarmışdı”.
Daha ətraflı “Xəzər TV”nin süjetində:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 22 Dekabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















