Icma.az
close
up
RU
Bacım öz həyatımdır, özüm bilərəm necə yaşayaram deyə cavab verdi Bakıdakı qətlin təfərrüatları

Bacım öz həyatımdır, özüm bilərəm necə yaşayaram deyə cavab verdi Bakıdakı qətlin təfərrüatları

Icma.az bildirir, Teleqraf.com portalına istinadən.

Bakının Binəqədi rayonunda bacısını boğaraq öldürməkdə təqsirli bilinən 1997-ci il təvəllüdlü Təbriz Qasımovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə ifadə vermək təklif edib. O, ifadə verməkdən hazırkı mərhələdə imtina edib.

Təqsirləndirilən şəxs qeyd edib ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib: "Mən hər şeyi istintaqa danışmışam. Lazım olsa gələcəkdə yenə də danışaram".

Daha sonra iclasda zərərçəkmiş Təhminə Qasımovanın hüquqi varisi, anası Xanım Məmmədovanın iştirak etdiyi müəyyən edilib. Xanım Məmmədova həm də təqsirləndirilən şəxsin anası olduğu müəyyən edilib. Xanım Məmmədova bildirib ki, ərindən ayrılıb və ayrı evdə yaşayır.

Daha sonra şahid qismində Bəhman Qasımov ifadə verməyə dəvət olunub. O bildirib ki, təqsirləndirilən şəxsin qardaşıdır. Şahid qardaşına qarşı məhkəmədə ifadə verməkdən imtina edib. Buna görə də onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilib. O həmin ifadəsində bildirib ki, Binəqədi rayonunda ailəsi ilə birlikdə yaşayıb. Onun sözlərinə görə, bacısı Təhminə Şəmkir rayonunda Anar adlı şəxslə ailə qurub, bir övladı olub. Onun sözlərinə görə, daha sonra bacısı iki dəfə ailə qurub: "Bacımı üçüncü dəfə taparaq evə gətirdik, evdə bizimlə yaşamağa məcbur etdik. Amma baxım qeyri etik hərəkətlər etməsi qardaşım Təmrizin xoşuna gəlmirdi. Buna görə də onların mübahisəsi baş verirdi".

Şahid qeyd edib ki, hadisə günü bacısını içi yerinə gedib və onu evə gətirmək üçün gedib: "Bacım mənimlə gəlmək istəmədi, dedi ki, ürəyi istədiyi vaxt gedəcəyini bildirdi. Mən də bayırda bacımı gözlərim. Bundan sonra anam mənə zəng etdi, harada olduğumu soruşdu. Mən də bacımı gözlədiyini bildirdim. Bir qədər sonra bacım müdiri ilə birlikdə çıxdı və onun maşınına minərək getdi. 10 dıqiqə sonra anam zəng etdi, bacımın evə gəldiyini bildirdi. Qardaşəm Təbriz demişdi ki, bacım evə gələndə sonra ona deyim. Mən də qardaşıma bacımın gəldiyini dedim. Bir qədər sonra evə getdim. Anamın bacımla mübahisə etdiyini götürdüm. Anam bacıma dedi ki, bu vaxt adam evə gələr, qonşular nə deyər. Bacım isə "öz həyatımdlr, özüm bilərəm necə yaşayaram" deyə cavab verdi".

Şahid ifadəsində qardaşı Təbrizin evə gəlməsindən, bacısını boğaraq öldürməsindən danışıb. O, ifadəsində deyib ki, qardaşı Təbriz bacısı qeyri-etik hərəkətlər etdiyi üçün qətlə yetirib.

Bəhman Qasımov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib. O deyib ki, həmin ifadələrində səslənən fikirlər həqiqətdir və onun tərəfindən deyilib.

Növbəti proses fevralın 3-də davam edəcək.

Xatırladaq ki, hadisə ötən il iyulun 1-də Bakının Binəqədi rayonu ərazisində qeydə alınıb. Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Qətlə yetirilən 20 yaşlı Təhminə Qasımova məişət əşyaları satılan mağazada satıcı vəzifəsində çalışıb.

Onu gecə saat 2 radələrində qardaşı işdən çıxan zaman qarşılayıb və birlikdə evə gediblər. Hadisə səhərə yaxın qeydə alınıb. Hadisədən sonra Təbriz Qasımov könüllü olaraq polisə təslim olub.

İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, Təbriz anasını da ölümlə təhdid edib.

Təbriz Qasımovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 11:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri