Bacısından Ronaldo ilə bağlı diqqətçəkən açıqlama: Onun son rəqsidir
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo ilə bağlı yeni iddia futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun bacısı Katia Aveiro bildirib ki, 2026-cı il dünya çempionatı ulduz hücumçunun milli komandadakı son turniri ola bilər.
O, Portuqaliyanın mundialdakı növbəti oyunu ərəfəsində jurnalistlərə açıqlamasında azarkeşləri bu anların dəyərini bilməyə çağıraraq, "Əldə etdiyim məlumata görə, bu, onun son rəqsidir" ifadəsini işlədib.
Bununla belə, Kriştiano Ronaldo milli komandadakı karyerasını başa vuracağı ilə bağlı yayılan iddiaları hələlik rəsmi şəkildə nə təsdiqləyib, nə də təkzib edib.
Təcrübəli futbolçunun gələcəyi ilə bağlı yekun qərarın dünya çempionatından sonra açıqlanacağı ehtimal edilir.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 03 İyul 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















