Icma.az
close
up
RU
Bacısını bıçaqlayan şəxsə ağır cəza verildi

Bacısını bıçaqlayan şəxsə ağır cəza verildi

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboy rayonunda 1993-cü il təvəllüdlü Fərman Qarayev qısqanclıq zəminində 1987-ci il təvəllüdlü bacısı Almaz Qarayevanı (ad-soyadlar şərti verilib - red.) öldürməyə cəhd edib.

Moderator.az "Teleqraf"a istinadən xəbər verir ki, o, bacısının yaşadığı kənddə Telmanla münasibətdə olduğunu və hamilə qaldığını öyrənib.

Fərman bu il mayın 31-də gecə saatlarında işlədiyi Ağdam rayonundan Goranboyun kəndinə Almazın yaşadığı evə gəlib, həyətdə ağaclıqda gizlənərək mənzili müşahidə edib. Səhər saatlarında anası İlhamənin və Almazın uşaqlarının evdən çıxdığını görüb, bacısının tək qaldığına əmin olub.

Bunun ardınca Fərman evə daxil olub, dəhlizdəki dolabdan bıçaq götürüb. Sonra bacısının yatdığı otağa girib, hamilə olduğunu bildiyi halda ona bıçaqla bir zərbə endirib.

Ancaq bıçağın daxilə nüfuz etmədiyini görüb, Almazın yalvarışlarına məhəl qoymadan onun saçından tutaraq boğaz nahiyəsinə iki ardıcıl zərbə endirib.

Daha sonra qadının öldüyünü zənn edərək həyətə çıxıb. Amma Almazın evdən çıxaraq qaçdığını görüb. Bacısını həyətdə arxadan tutaraq yerə yıxıb, boynunu sındırmaq məqsədilə əlləri ilə burub.

Almazın xırıltı səsləri çıxardığını gördükdə onun öldüyü qənaətinə gəlib.

Fərman Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edib və bacısını öldürdüyünü bildirib.

Hadisə yerinə gəlmiş polis əməkdaşlarının müraciəti əsasında Almaz vaxtında tibb müəssisəsinə çatdırılıb və həyatı xilas edilib.

İstintaq orqanı tərəfindən Fərmanın barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham elan edilib.

Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, hadisədən əvvəlki günlərdə işi ilə bağlı Ağdam rayonunda olub: "Həmin vaxt bacımın pis yola düşdüyünü eşitdim. Goranboy rayonuna gəldim və bacımın başını kəsməyə cəhd etdim".

İş üzrə zərərçəkənin (həm də təqsirləndirilənin şəxsin) anası şahid qismində ifadə verib. O bildirib ki, qızı Almaz qonşusu Telmandan gizli hamilə qalıb: "Mən bunu biləndə Almaz 6 aylıq hamilə idi. Ondan soruşdum ki, niyə vaxtında deməmisən? Bəs sən düşünmədin ki, 5 qardaşın var, səni öldürərlər? Hadisə olan gün səhər bazara getdim. Evə qayıdanda baş verənlərdən xəbər tutdum".

Məhkəmə sənədlərindən məlum olub ki, Almaz bu hadisədən sonra bətnində olan uşağını itirib. Vaxtından əvvəl ölü doğulmuş 26 həftəlik kişi cinsli dölün məhkəmə-tibbi müayinəsi keçirilib. Dölün ölümünə səbəb travmadan baş verən bətndaxili asfiksiya olması istisna edilməyib.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Fərman cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 11 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Hökmdən məhkumun müdafiəçisi apellyasiya şikayəti verib. O, Fərmanın əməlinin Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif olunmasını və məhkuma həmin maddə ilə minimum həddə cəza təyin edilməsini xahiş edib.

Şikayət onunla əsaslandırılıb ki, təqsirləndirilən şəxs zərərçəkmişi sadəcə cəzalandırmaq istəyib. Müdafiəçinin bildirdiyinə görə, hazırda bacı-qardaş barışıblar, zərərçəkmiş şəxs şikayətini geri götürüb.

Təqsirləndirilən şəxsin ilk dəfə məhkum olunduğunu vurğulayan vəkil onun İkinci Qarabağ Müharibəsində iştirak etdiyini, anasının bir neçə ağır xəstəlikdən əziyyət çəkdiyini də diqqətə çatdırıb.

Gəncə Apellyasiya Məhkəməsində vəkilin verdiyi şikayət qismən təmin edilib və birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib.

Təqsirləndirilən şəxsin cəzası 11 il 3 aya endirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri