Icma.az
close
up
RU
Bacısını konsertindən qovdu KONKRET

Bacısını konsertindən qovdu KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

60 ildən artıq müddətdir səhnədə olan Ajda Pekkan, Türkiyə pop musiqisinin canlı simvolu olaraq bu həftə öz yubileyini qeyd edir. İnanmaq çətindir – amma onun 80 yaşı var!

O yalnız bir müğənni deyil, bir dövrün, bir mədəniyyətin və vizual estetik nümunənin simvoludur – elə bir zirvədədir ki, adı, sadəcə, pop-musiqi ilə yox, Türkiyəni təmsil edə biləcək sözlər sırasına daxil edilir. Onun karyerası, nəinki Türkiyənin pop mədəniyyətinin formalaşmasında, bütövlükdə musiqi tarixində önəmli rol oynayıb.

Ajda Pekkan yalnız səsi ilə deyil, səhnə zərafəti, repertuar seçimi, geyim və xarici görünüşü ilə də tamaşaçıların sənət zövqünü oxşayıb. Özündən sonra gələn üçüncü, dördüncü, beşinci – bəlkə də daha çox – nəsil sənətçilərlə rəqabətdə ön sıralarda qala bilib.

Ajda Pekkanın repertuarında həm klassik türk popu, həm Avropa pop üslubu, həm də modern elektron elementlər var. Uzun karyerası ərzində Ajda musiqi tərzini davamlı yeniləyib və dövrlərin trendinə uyğunlaşmağı bacarıb ki, bu da onun yalnız keçmiş nəsillər üçün yox, gənc dinləyicilər üçün də aktual bir sənətçi olaraq qalmasına imkan verib.

Uşaqlığı və ailəsi

Ajda Pekkan 1946-cı il fevralın 12-də İstanbulda dünyaya gəlib.

Atası hərbçi olduğuna görə, ailə tez-tez şəhər dəyişirdi. Bu səbəbdən uşaqlıq illəri müxtəlif mühitlərdə keçib və erkən yaşlarından fərqli insanlarla ünsiyyət qurmağa alışıb.

Anası Necla Pekkan ailədə övladlarının təhsilinə və tərbiyəsinə xüsusi önəm verən bir ana olub.

Ajda Pekkan müsahibələrində anasının zövqünün, xüsusilə musiqi və geyim mövzusunda baxışlarının onun sənətkar kimi formalaşmasına təsir etdiyini qeyd edib.

Ajdanın bacısı Semiramis Pekkan da sənət aləmində tanınmış simadır. O, 1960-70-ci illərdə həm müğənni, həm də kinoaktrisa kimi fəaliyyət göstərib, dövrünün populyar ifaçılarından olub. Lakin sonradan sənət fəaliyyətini nisbətən arxa plana keçirərək şəxsi həyatına üstünlük verib.

Bacılar fərqli üslub və xarakterə malik olsalar da, ailə bağlarını qoruyublar. Ajda Pekkan bir çox müsahibəsində bacısı ilə münasibətlərinin xüsusi olduğunu deyib. Bununla belə onlar arasında gərginliklər də yaşanıb.

2024-cü ilin avqustunda verdiyi konsertdə Ajda Pekkanın səhnədən hirslənərək zalda oturan bacısını konsertdən qovması sosial media və mətbuatda uzun müddət müzakirə olunmuşdu.

İddialara görə, sənətçi səhnədə ifa etdiyi zaman zalda onu izləməyə gələn bacısının öz dostları ilə söhbət etdiyini görərək əsəbiləşib. Bu zaman o, bacısına sərt ifadələr işlədərək söyüb və ondan zalı tərk etməsini tələb edib.

Zaman-zaman aralarında olan gərginliyə baxmayaq Semiramis Ajdanın həyatında önəmli yer tutur.

Hətta çoxmilyonlu səhnə təkliflərinə baxmayaraq, Ajda Pekkan yeni il gecəsində səhnəyə çıxmaq təkliflərindən imtina edib, 2026-cı ili bacısı Semiramislə qarşılamağı üstün tutub.

Bakı, Kipr və Ankarada 3 ayrı səhnə proqramı üçün gələn 20 milyon TL-lik təklifi rədd edən Pekkan, xərçəng müalicəsi alan bacısı ilə Bodrumdakı evində 2026-cı ili qarşılayıb.

Sənətdə ilk addımları

Kiçik yaşlarından musiqiyə və səhnəyə böyük maraq göstərən Ajda Pekkan evdə tez-tez mahnılar oxuyar, güzgü qarşısında səhnə canlandırmaları edərdi. Qərb musiqisinə, xüsusilə fransız şansonlarına marağı erkən formalaşmışdı.

Gənc yaşlarında gözəllik müsabiqəsində iştirak etməsi onun həyatında dönüş nöqtəsi oldu. Bu uğur ona kino və musiqi sahəsində qapılar açdı və qısa müddət sonra Türkiyə estradasının parlayan ulduzuna çevrildi.

Nazir sevgili

Ajda Pekkanın iki evliliyi olub.

1973‑cü ildə Coşkun Sapmazla evlənib, lakin bu evlilik yalnız 6 gün davam edib.

1979‑cu ildə o, jurnalist Erol Yaraş ilə nişanlansa da, bu münasibət evliliyə çevrilməyib.

1984‑cü ildə Ali Bars ilə evlənən Pekkanın bu izdivacı təxminən 6 il davam edib.

1990‑cı illərin ortalarında Türkiyə mediası və ictimaiyyəti üçün ən çox danışılan maqazin mövzularından biri Ajda Pekkanla Yıldırım Aktuna arasındakı münasibət idi. Aktuna həkim və siyasətçi olaraq, müxtəlif illərdə bələdiyyə başqanı, səhiyyə naziri və parlament deputatı olan tanınmış fiqur idi. O dövrdə mediada ondan Ajda Pekkanın “siyasətçi sevgilisi” kimi də bəhs edilirdi. Bu münasibət magazin gündəmində geniş yer tuturdu.

Cütlüyün sevgi münasibətləri 1990‑cı illərin ortalarında yayımlanan bir televiziya proqramından başlamışdı.

O dönəmin mediasında Ajda Pekkan və Yıldırım Aktunanın bir dönəm birlikdə olduqları, hətta evlilik planları belə düşündüklərindən bəhs edilirdi. Onların birlikdə görünmələri və sevgi münasibətləri bir müddət mətbuatda geniş şərh edilmişdi.

Ajda Pekkanın 2011‑ci ildən özündən 22 yaş kiçik Bülənt Çavuşoğlu ilə münasibəti olduğu barədə xəbərlər mediaya mövzu olmuşdu. Ajda bu münasibətini maqazin xəbərlərinə çıxarmayıb, sadəcə “Hər şey yolundadır”deyərək münasibətini təsdiq edib.

Yaş və miflər

Rəsmi sənədlərə əsasən, Ajda Pekkan fevralın 12-də 80 yaşını tamamlayıb. Amma bəzi iddialara görə, rəsmi sənədlərdə yaşını kiçildən Ajdanın real yaşı 87-dir.

Onun yaşı ilə bağlı miflərdən bəhs edərkən “Yaşı bilinməyən qadın” da deyirlər.

O heç vaxt səhnədə, enerjisi və performansı ilə yaşlanmış ulduz təsiri bağışlamayıb. Ajda səhnədə hər çıxışında gənc sənətçilərlə rəqabət aparacaq qədər enerjili və canlıdır.//Yenisabah

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:398
embedMənbə:https://konkret.az
archiveBu xəbər 15 Fevral 2026 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see335

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see297

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see288

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see287

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see279

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see273

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see269

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see259

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see248

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see238

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see236

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see231

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see227

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see211

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see210

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see202

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see200

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see189

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri