Icma.az
close
up
RU
Badamdar sakinlərinin ictimai nəqliyyat problemi: Köhnə avtobuslar və yorucu intervallar

Badamdar sakinlərinin ictimai nəqliyyat problemi: Köhnə avtobuslar və yorucu intervallar

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Badamdar qəsəbəsində ictimai nəqliyyatla bağlı problem yaşanır. Sakinlər qəsəbəyə xidmət edən sərnişin avtobuslarının həddindən artıq uzun intervalından və köhnə olmalarından şikayətçidirlər.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, 29, 31 və 53 nömrəli marşrut xətlərində fəaliyyət göstərən avtobusların texniki vəziyyəti qənaətbəxş deyil və reysarası intervallarda ciddi gecikmələr müşahidə olunur.

"Xüsusilə pik saatlarda vəziyyət daha da ağırlaşır. Ən kritik vəziyyət 29 nömrəli marşrut xəttində müşahidə olunur. Bu avtobusu 40-45 dəqiqə gözləmək məcburiyyətində qalırıq", - deyə şikayətdə qeyd olunur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, sözügedən xətlər üzrə işləyən avtobuslar yenilənəcək.

"Hazırda 29 nömrəli marşrutda hərəkət intervalı yeddi-səkkiz dəqiqə olmaqla on bir, 31 nömrəli marşrutda interval on dəqiqə olmaqla səkkiz, 53 nömrəli marşrutda interval səkkiz-on dəqiqə olmaqla on avtobus fəaliyyət göstərir. Lakin günün pik saatlarında marşrutların hərəkət sxemi üzrə yaranan sıxlıq avtobuslararası intervalın artmasına səbəb olur.

Daşıyıcılara avtobus sayının xüsusilə günün pik saatlarında sərnişin tələbatına uyğun nizamlanması və sürücülərin təyin olunmuş hərəkət cədvəlinə riayət etmələri barədə tapşırıq verilib.

Hazırda paytaxtda müntəzəm marşrutlarda avtobusların yenilənməsi, eyni zamanda, müsabiqəyə çıxarılması istiqamətində müvafiq işlər həyata keçirilir. 29, 31 və 53 nömrəli müntəzəm marşrutlar da müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək", - deyə qurumun açıqlamasında bildirilir.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Fevral 2025 18:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri