Badamdar sakinlərinin narazılığı: evlər ziyan görüb, xəbərdarlıq olunmayıb (VİDEO)
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsində aparılan söküntü işləri sakinlərin ciddi narazılığına səbəb olub. Belə ki, ərazidə üç ev sökülərək sakinlər köçürülsə də, söküntü zamanı qonşuluqda yaşayan ailələrə heç bir rəsmi xəbərdarlıq edilmədən işlərə başlanılıb.
Sakinlərin sözlərinə görə, söküntü işləri onların evdə olduğu vaxtda aparılıb, nəticədə uşaqlar qorxub, evlərin dam örtükləri və divarları zərər görüb, bir sıra evlərin strukturu ciddi zədələnib.
Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Seymur Məmmədov küçəsində yeni mülkiyütcinin aldığı qəzalı vəziyyətdə olan fərdi yaşayış evi sökülüb. Qeyd olunub ki, tərəflər arasında bir neçə dəfə görüş keçirilsə də, sakinlərin tələb etdiyi məbləğ yüksək olduğuna görə razılıq əldə olunmayıb.
Ərazidəki ağaclarla bağlı isə Dövlət Ekoloji Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb və məlum olub ki, Seymur Məmmədov küçəsi 13 ünvanında ağaclar qanunsuz şəkildə kəsilib. Faktla bağlı toplanan materiallar hüquq-mühafizə orqanlarına təqdim olunması üçün hazırlanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 04 Noyabr 2025 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















