Badamdar yamacında sürüşmə təhlükəsi yarandı Yol bağlandı Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Badamdar yamacında sürüşmə təhlükəsi yaranıb.
“Qafqazinfo”nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, hazırda yamacın yuxarı hissəsində sürüşmənin aktivləşdiyi bildirilir.
Təhlükə ilə əlaqədar olaraq Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşları hadisə yerinə cəlb olunub.
Badamdar-20-ci Sahə yolunda nəqliyyatın hərəkəti tamamilə dayandırılıb, yol bağlanıb.
Məsul şəxslər hazırda ərazidədir. Polis ərazini nəzarətə götürüb.
Qeyd edək ki, Badamdar-20-ci Sahə yolunda əvvəllər də dəfələrlə sürüşmə qeydə alınıb. Son illərdə bu halın aktivləşməsi əsasən yağışlı hava şəraiti ilə əlaqələndirilir.
Sail Ağasəlim



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 05 Aprel 2026 01:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















