Badamdarda söküntü qalmaqalı: Sakinlər şikayətçidir VİDEO
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.
Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov 1 ünvanında yaşayan sakinlər gecə saatlarında aparılan söküntü işlərindən narazılıqlarını bildiriblər.
“Yeni Sabah” xəbər verir ki, sosial şəbəkələrdə edilən paylaşıma görə, söküntü işləri gecə saat 00:55 radələrində davam etdirilib. Sakinlərin sözlərinə görə, artıq üç gündür ki, sözügedən ərazidə söküntü prosesi məhz gecə saatlarında həyata keçirilir. Sakinlər işlərin dayandırılmasını tələb etdikdə isə qarşı tərəf aidiyyəti qurumlarda arxalanacaq şəxslərinin olduğunu iddia edib.
Məsələ ilə bağlı sakinlərin Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə etdikləri müraciət əsasında əraziyə polis əməkdaşları cəlb olunub. Lakin sakinlərin iddiasına görə, polisin müdaxiləsindən və söhbət aparılmasından sonra da vəziyyət dəyişməyib və söküntü işləri davam etdirilib. pizza
Ərazidə yaşayan vətəndaşlar gecə vaxtı rahatlığın pozulmasından, səs-küydən və qanunsuz söküntü işlərinə qarşı təsirli tədbir görülməməsindən narahatlıqlarını ifadə edərək aidiyyəti dövlət qurumlarından kömək istəyirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 Sentyabr 2026 09:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















